“UTair” aviaşirkətinin Gəncə–Moskva reysi təxirə salınıb
Bakı, 9 iyul, AZƏRTAC
İyulun 9-da “UTair” aviaşirkətinin Gəncə Beynəlxalq Hava Limanından Moskva şəhərinə (Vnukovo Aeroportu) həyata keçirilməsi planlaşdırılan UT744 nömrəli reysi hava gəmisi kapitanının qərarı ilə texniki səbəbdən təxirə salınıb.
Beynəlxalq hava limanından AZƏRTAC-a bildirilib ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə onlar hotelə yerləşdirilib və digər zəruri xidmətlərlə təmin olunub.
Təxirə salınmış uçuşun iyulun 10-da saat 15:00-da həyata keçirilməsi planlaşdırılır.
Sərnişinlər uçuşun dəqiq statusu və əlavə məlumat üçün “UTair” aviaşirkəti ilə əlaqə saxlaya bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:23]
Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib
- 30.09.2026 [11:12]
BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib
- 30.09.2026 [11:06]
DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub
- 30.09.2026 [11:04]