Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vacib missiya: təmizlik, təkrar emal, ekoloji vəziyyətin yaxşılaşdırılması, ekosahibkarlığın inkişafı...

Bakı, 25 avqust, AZƏRTAC

Məlum olduğu kimi, Abşeron regionunda ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2006-cı il 28 sentyabr tarixində “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, Bakı və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasında bu tədbirlər planının böyük əhəmiyyəti var. Sənəddə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapıb. Abşeron yarımadasında məişət tullantılarının toplanması, daşınması, yerləşdirilməsi ilə bağlı məsələlərin həll olunması da bu işlər sırasındadır. Dövlətimizin başçısının “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 2008-ci il 6 avqust tarixli Sərəncamına əsasən təsis olunan “Təmiz Şəhər” ASC Bakı ərazisində bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsinin səmərəli şəkildə və müasir standartlara uyğun qurulması, tullantıları təkrar emala cəlb etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir. ASC-nin mühüm vəzifələrindən biri qeyd edilən tədbirləri uğurla reallaşdırmaq, həm də bazar iqtisadiyyatı prinsipləri əsasında inkişafa töhfə verməkdir.

Şərqi Avropa və MDB-də öz sahəsi üzrə ən böyük və müasir müəssisə

Qeyd edək ki, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası çərçivəsində Bakı bərk məişət tullantılarının yandırılması zavodu yaradılıb. Zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Müəssisə dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verəcək şəkildə qurulub. İllik gücü 500 min ton məişət və 10 min ton tibbi tullantı olan zavodda tullantıların yandırılması nəticəsində 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etmək mümkündür.

Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda abadlıq işləri nəticəsində ətraf mühitə zərərli təsirlər əhəmiyyətli dərəcədə azaldılıb

Dövlət başçısının “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” imzaladığı Sərəncamla Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu 2009-cu ildə “Təmiz Şəhər” ASC-yə təhvil verilib. İqtisadiyyat Nazirliyi ilə Dünya Bankı arasında “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi icra olunaraq ekoloji problemin müşahidə edildiyi 120 hektar ərazidə ətraf mühitə zərərli təsirlər əhəmiyyətli dərəcədə azaldılıb. 1963-cü ildən fəaliyyət göstərən Balaxanı poliqonu beynəlxalq ekoloji standartlara və texniki normalara cavab verən yeni sanitar poliqona çevrilib. Poliqonda tullantı daşıyan maşınlar davamlı olaraq yuyulur və dezinfeksiya edilir. Məntəqədə maşınlar yuyulmaqla yanaşı, bakteriya və virusları neytrallaşdırmaq üçün nəzərdə tutulan maddələrdən istifadə edilərək təmizlənir. Yuyulma zamanı sərf olunan su isə müxtəlif dezinfektantlar vasitəsilə bir neçə mərhələdə təmizlənərək yenidən istifadəyə yönləndirilir.

Çeşidləmə nəticəsində təkrar emal üçün yararlı materiallar ayrılır, istehsal üçün ucuz xammal formalaşır

Məişət tullantılarının çeşidlənməsi və ölkədə təkrar istehsalı, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə 2012-ci ildə “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu istifadəyə verilib. Alman texnologiyası əsasında qurulan zavod il ərzində 200 min ton tullantı qəbul etmək gücündədir. 2012-ci ildə Prezident İlham Əliyevin açılışında iştirak etdiyi müəssisə “yaşıl iqtisadiyyat”ın inkişafında və Balaxanı Sənaye Parkının rezidentlərinin xammalla təmin edilməsində mühüm rol oynayır. Ekosahib¬karlığın inkişafına dəstək verən zavodda çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı materiallar ayrılır ki, bu da tullantıların ümumi həcmini azaldır, eləcə də Balaxanı Sənaye Parkında istehsal üçün ucuz xammal formalaşır. Ölkədə təkrar istehsal sahəsinin inkişafında mühüm rol oynayan zavodun yaradılması təbii resurslara, enerjiyə qənaət edilməsinə, “yaşıl biznes”in genişlənməsinə, ən önəmlisi isə ətraf mühitə mənfi təsirlərin azaldılmasına xidmət edir.

Qala qəsəbəsində tullantıların çeşidlənməsi və daşınması müasir standartlara uyğun təşkil edilir

Bakının Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən “Təmiz Qala” pilot layihəsi icra edilir. Layihənin məqsədi Qala qəsəbəsi ərazisində əmələ gələn tullantıların çeşidlənməsi və daşınmasını müasir standartlara uyğun təşkil etməkdir.

Layihə çərçivəsində qəsəbədə qeyri-qanuni tullantı sahələri aşkar olunaraq ləğv edilib və əhali arasında tullantıların idarə olunması ilə bağlı fəal maarifləndirmə işləri aparılıb.

Balaxanı Sənaye Parkı ekosahibkarlıqla məşğul olmaq istəyənlər üçün əlverişli məkandır

Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, ölkədə təkrar istehsalı inkişaf etdirmək məqsədi daşıyan Balaxanı Sənaye Parkı yaradılıb. 2017-ci ildə dövlətimizin başçısının iştirakı ilə Balaxanı Sənaye Parkının açılışı olub. İlkin mərhələdə 7 hektar olan Sənaye Parkının ərazisi, sahibkarların marağının artması nəzərə alınaraq 10,15 hektara çatdırılıb.

Balaxanı Sənaye Parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına xidmət edir.

Müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən Balaxanı Sənaye Parkı ekosahibkarlıqla məşğul olmaq istəyənlər üçün əlverişli işgüzar məkandır. Burada fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad edilir. Eyni zamanda, istehsal məqsədilə idxal edilən texnoloji avadanlıqlar 10 il müddətinə ƏDV-dən, 7 il müddətinə isə idxal rüsumundan azaddır.

Balaxanı Sənaye Parkında indiyə qədər 23 rezident qeydiyyatdan keçib və artıq 16 rezident fəaliyyətə başlayıb. Sənaye Parkı ərazisində rezidentlər tərəfindən tikinti materialları, işlənmiş qida və mühərrik yağları, kağız, plastik, rezin, və sair tullantılar təkrar emala cəlb olunmaqla, yeni məhsul istehsalı həyata keçirilir.

Sənaye Parkının fəaliyyəti dövründə rezidentlər tərəfindən 44 milyon manat investisiya qoyulub və 800-dən çox insan işlə təmin edilib. Rezidentlər tərəfindən ötən müddət ərzində 67 milyon manatlıq məhsul istehsal olunub. Məhsulun bir hissəsi Niderland, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Rusiya və Belarusa ixrac edilib.

Böyükşor gölünün əcəb seyrəngahı var...və ya durnalar gölə gəldi...

“Təmiz Şəhər” ASC tərəfindən icra olunan uğurlu layihələrdən biri də Böyükşor gölünün bərpasıdır. Layihə çərçivəsində gölün şərq hissəsində 300 hektar ərazi ayrılıb, gölü bölən bənd və həmin bənd üzərindən Binəqədi-Balaxanı avtomobil yoluna və Ziya Bünyadov prospektinə rahat çıxış imkanı yaradan yeni yol inşa olunub. Dib çöküntüləri təmizlənərək suyun keyfiyyəti yaxşılaşdırılıb, bulvar və park salınıb. Bir vaxtlar durumu ekoloji cəhətdən gərgin olan Böyükşor gölünün ətrafı indi şəhər sakinlərinin üz tutduqları ən yaxşı istirahət məkanlarından biridir.

Göldə köçəri quşları da görmək mümkündür.

Tullantıdan sənətə...

“Təmiz Şəhər” ASC tullantıların idarə olunması və əhali arasında maarifləndirmə işlərinin aparılması istiqamətində nəinki yerli, eləcə də beynəlxalq əhəmiyyətli layihələrin icraçısı kimi tanınır. Bakının Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyində hər il “Tullantıdan sənətə” adlı beynəlxalq sərgi keçirilir. Burada yerli rəssamlarla yanaşı, dünyanın 40-dan çox ölkəsindən gələn rəssamların tullantılardan yaratdıqları ecazkar əsərləri izləyicilərə təqdim olunur.

Mədəniyyət paytaxtını həm də təmizlik paytaxtlarından birinə çevirmək missiyası...

Bərk məişət tullantılarının idarə olunması sahəsində müsbət təcrübəsi nəzərə alınan “Təmiz Şəhər” ASC-yə yeni və çox vacib missiya tapşırılıb. Prezident İlham Əliyev tərəfindən 2021-ci il 22 iyunda imzalanan Sərəncamla qurumun fəaliyyət dairəsi genişləndirilib və işğaldan azad edilən Şuşa şəhərinin ərazisində bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi ASC-yə həvalə edilib.

Dövlətimizin başçısının Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlərə artıq başlanılıb.

İlkin mərhələdə şəhər ərazisində təmizlik işləri aparılması üçün xüsusi texnika və işçi qüvvəsi cəlb olunub, küçələrdə atılmış, yararsız nəqliyyat vasitələri kənarlaşdırılıb, hərbi hissələrin və müxtəlif təyinatlı binaların təmizlənməsi həyata keçirilib. Tullantılar üçün 200 ədəd xüsusi konteyner gətirilərək, müəyyən olunmuş tullantı meydançalarına yerləşdirilib. İşğal altında olduğu zaman dağıdılan və tullantıların toplandığı tarixi binaların təmizlənməsi hazırda ASC-nin əməkdaşları tərəfindən davam etdirilir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib