Vahid Məhkəmə Portalında müflisləşmə sahəsində mübahisələrə dair hesabat hazırlanıb
Bakı, 23 aprel, AZƏRTAC
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun fəaliyyəti çərçivəsində Vahid Məhkəmə Portalında müflisləşmə sahəsində mübahisələrə dair hesabat hazırlanıb.
Bu barədə AZƏRTAC-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Hesabatda Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki Kommersiya məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi üzrə müflisləşmə sahəsində mübahisələrə dair statistika əks olunub. Portalın "Məhkəmə statistikası" bölməsində yerləşdirilən məlumatlar hər il yenilənir və istifadəçilərə açıq şəkildə təqdim edilir.
Hesabatla linkə (https://www.youtube.com/watch?v=tZYfWtI0WFUkeçid) keçid edərək tanış olmaq mümkündür.
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:23]
Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib
- 30.09.2026 [11:12]
BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib
- 30.09.2026 [11:06]
DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub
- 30.09.2026 [11:04]