Vakant inzibati vəzifələr üzrə daxili müsahibədə indiyədək 41 nəfər uğur qazanıb
Bakı, 14 oktyabr, AZƏRTAC
On doqquz dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə (89 vakant vəzifə) oktyabrın 7-də başlanan daxili müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilib. Müsahibədə iştirak etmək üçün 169 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 16:20-dək olan məlumata görə, müsahibədə 41 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Daxili müsahibə oktyabrın 19-dək davam edəcək.