VAN QOQUN QƏTLİNƏ SƏBƏB OLMUŞ FİLMİN İKİNCİ HİSSƏSİ ÇƏKİLMİŞDİR
AZƏRTAC-ın Müstəqil İslam İnformasiya agentliyindən aldığı xəbərə görə, Niderland Parlamentinin deputatı xanım Hirsi Əli “Mütilik” filminin ikinci hissəsini də ekranlara buraxacağını vəd edir. Məhz bu filmin birinci hissəsi tanınmış kinorejissor Teo Van Qoqun bu yaxınlarda qətlə yetirilməsinə və bütün ölkədə islam əleyhinə kütləvi çıxışlara səbəb olmuşdur.
Bir zamanlar İslamdan imtina edən, ateist Hirsi Əli adlı bu qadın Van Qoqun çəkdiyi “Mütilik” filminin ideya müəllifi kimi tanınmışdır. Bədəninə Müqəddəs Quranın ayələri yazılmış yarımçılpaq qadının göstərildiyi həmin film müsəlmanlar arasında böyük hiddət doğurmuşdu. Odur ki, Hollandiyada yaşayan müsəlmanlar filmin ikinci hissəsinin çəkilişi ideyasını fitnəkarlıq kimi qiymətləndirirlər.
Əslən Somalidən olan Hirsi Əli islama nifrət bəsləməsi ilə ad çıxarmışdır. Buna baxmayaraq, o, müsəlmanlara “işıqlı aləmə aparan yolu“ nişan vermək istədiyini iddia edir. Hazırda H.Əli “Maariflənməyə ən qısa yol” kitabı üzərində işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]
Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir
- 05.10.2026 [16:51]
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır
- 05.10.2026 [16:46]