Vaqif Mustafazadənin yubileyinə həsr olunmuş “O, caz-muğam kralıdır!” adlı videoçarx hazırlanıb
Bakı, 14 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində XX əsrin parlaq caz pianoçusu Vaqif Mustafazadə haqqında videoçarx hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, videoçarxda Azərbaycan caz musiqisinin banisi, Azərbaycan caz-muğam hərəkatının memarı Vaqif Mustafazadənin həyat və yaradıcılığı haqqında məlumat verilir.
Ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin V.Mustafazadə haqqında maraqlı fikirləri yer alır. İsveç, Polşa və ABŞ-da yaşayan XX əsrin məşhur cazmenlərinin, habelə Xalq artistləri Rauf Hacıyevin və Rafiq Babayevin, Xalq yazıçısı Anarın Vaqif Mustafazadə haqqında söylədiyi qiymətli fikirlər izləyicilərə təqdim edilir.
Çarxda tanınmış caz ifaçısının təltifləri və xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar verilib. Videoçarx kitabxananın yutub kanalında izləyicilərə təqdim olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim olunub
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]