Varşava: Polşa və NATO hava məkanını pozan hərbi təyyarələri vurmağa hazırdır
Bakı, 1 oktyabr, AZƏRTAC
Polşa və NATO zərurət yarandıqda hava məkanını pozan hərbi təyyarələri vurmağa hazırdır.
AZƏRTAC xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bu barədə TVN24 telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, hər bir qərar konkret vəziyyətin dəyərləndirilməsindən sonra komandirlər və pilotlar tərəfindən qəbul olunacaq.
Nazir son 48 saat ərzində Almaniya və Norveç də daxil olmaqla, 10-dan çox ölkənin müdafiə nazirləri ilə danışıqlar apardığını bildirib.
“Ortaq mövqe aydındır. Bütün təhdidlərə cavab vermək, çəkindirmək və cəsarətli qərarlar qəbul etmək vaxtıdır. NATO-nun ali komandanlığı bizdən məhz bunu tələb edir”, – deyə Vladislav Kosinyak-Kamış vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]