VAŞİNQTON HƏKİMLƏRİNƏ ANLAŞILMAZ XƏTLƏ RESEPT YAZMAQ QADAĞAN EDİLMİŞDİR
Qanun layihəsinin müəlliflərindən biri, Vaşinqton nəzarət və zəhərlənmələrin qarşısının alınması mərkəzinin əməkdaşı Uilyam Robertson demişdir ki, yeni qanun nəinki aptek işçilərinin işini yüngülləşdirəcək, həm də dərman preparatlarından səhvən istifadə hallarının qarşısını almağa kömək edəcəkdir.
Robertson bildirmişdir ki, qanun hazırlanmazdan əvvəl geniş miqyasda tədqiqat aparılmış və bu zaman Vaşinqton həkimlərinin yazdıqları reseptlərin 6 min nümunəsi toplanmışdır. Sonra nəzarət eksperimenti zamanı təsadüfən seçilən nüsxələri oxumaq üçün aptek əməkdaşlarına və həkimlərin özlərinə vermişlər. Məlum olmuşdur ki, reseptlərin təxminən 32 faizindən baş çıxarmaq mümkün deyildir.
Eyni vəziyyət ABŞ-ın digər ştatlarında da müşahidə edilir. Ona görə də resept yazılmasını kompyuterləşdirmək təklif olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:14]