VAŞİNQTONDA AMERİKA-AZƏRBAYCAN ASSOSİASİYALARI ASSAMBLEYASI YARADILACAQDIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov AZƏRTAC-ın müxbirinə demişdir ki, Vaşinqtonda Amerika-Azərbaycan Assosiasiyaları Assambleyası yaradılacaqdır. Məqsəd ABŞ-ın müxtəlif ştat və şəhərlərində yaşayan azərbaycanlıları bir araya gətirmək, onların fəaliyyətinin vahid mərkəzdən əlaqələndirilməsini təmin etməkdir.
N.İbrahimov bildirmişdir ki, belə bir qurumun yaradılması ilə bağlı təklif ilk dəfə Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı soydaşlarımızla keçirdiyi görüşdə səslənmişdir. Çox güman ki, təşkilati işlər ilin sonunadək qurtaracaq və Assambleya Vaşinqtonda fəaliyyətə başlayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]