VAVEL QƏSRİNƏ GƏLİŞ VƏ ENERJİ SAMMİTİNİN AÇILIŞI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixail Saakaşvili, Ukrayna Prezidenti Viktor Yuşşenko, habelə Qazaxıstanın energetika və mineral ehtiyatlar nazirinin müavini Lyəzzət Kiinov Krakovun XVI əsrə aid məşhur Vavel qəsrinə gəldilər. Burada ali qonaqların şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi dövlət başçılarını salamladı. Prezidentlər və Qazaxıstan nümayəndəsi qəsrin qarşısında xatirə şəkli çəkdirdilər.Sonra Azərbaycan,
Gürcüstan, Ukrayna, Polşa və Litva prezidentlərinin, habelə Qazaxıstan nümayəndəsinin iştirakı ilə Vavel qəsrində Enerji sammitinin “Enerji təhlükəsizliyi” mövzusunda ilk iclası keçirildi. İclasda iştirakçı ölkələr arasında enerji sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.
Gürcüstan, Ukrayna, Polşa və Litva prezidentlərinin, habelə Qazaxıstan nümayəndəsinin iştirakı ilə Vavel qəsrində Enerji sammitinin “Enerji təhlükəsizliyi” mövzusunda ilk iclası keçirildi. İclasda iştirakçı ölkələr arasında enerji sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.Sammitin ilk iclası başa çatdıqdan sonra iştirakçılar Vavel qəsri ilə tanış oldular.
Məlumat verildi ki, Renessans dövrü memarlığının nümunəsi olan bu qəsr XVII əsrin ortalarına qədər Polşa krallarının əsas iqamətgahı idi. Hazırda muzey kimi istifadə olunur.
Məlumat verildi ki, Renessans dövrü memarlığının nümunəsi olan bu qəsr XVII əsrin ortalarına qədər Polşa krallarının əsas iqamətgahı idi. Hazırda muzey kimi istifadə olunur.Dövlət başçıları qəsrin ayrı-ayrı otaqlarını gəzdilər.
Daha sonra sammit “Milli enerji sektorlarının inkişaf strategiyası və Mərkəzi Asiya-Cənubi Qafqaz-Mərkəzi Avropa nəqliyyat dəhlizi konsepsiyası” mövzusunda ikinci iclası keçirildi. Polşa Prezidenti Lex Kaçinski iclası açaraq, dövlət
başçılarını və Qazaxıstan nümayəndəsini salamladı, bu sammitin əhəmiyyətindən danışdı.
başçılarını və Qazaxıstan nümayəndəsini salamladı, bu sammitin əhəmiyyətindən danışdı.Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi. Dövlətimizin başçısı sammiti vacib beynəlxalq hadisə adlandıraraq dedi ki, bu gün bizim çox faydalı və açıq müzakirələrimiz oldu. Biz gələcək əməkdaşlıq məsələlərindən danışdıq və indi müzakirələrimizi davam etdiririk. Ölkələrimiz arasında tərəfdaşlığa söykənən əməkdaşlıq bizim üçün çox vaci
bdir. Prezident İlham Əliyev Azərbaycanın qlobal enerji proseslərində iştirakından, ölkəmizdə gedən sürətli iqtisadi inkişafdan, Azərbaycanın regionda artan rolundan danışdı. Bildirdi ki, iqtisadi imkanları daha da artan Azərbaycan qlobal enerji layihələrinin təşəbbüskarı və birbaşa iştirakçısıdır. Dövlətimizin başçısı Azərbaycanın Avropanın enerji təchizatçısı kimi böyük potensiala malik olduğunu vurğuladı və gələcəkdə bu sahədə imkanların artacağını bildirdi.
bdir. Prezident İlham Əliyev Azərbaycanın qlobal enerji proseslərində iştirakından, ölkəmizdə gedən sürətli iqtisadi inkişafdan, Azərbaycanın regionda artan rolundan danışdı. Bildirdi ki, iqtisadi imkanları daha da artan Azərbaycan qlobal enerji layihələrinin təşəbbüskarı və birbaşa iştirakçısıdır. Dövlətimizin başçısı Azərbaycanın Avropanın enerji təchizatçısı kimi böyük potensiala malik olduğunu vurğuladı və gələcəkdə bu sahədə imkanların artacağını bildirdi.Sammitdə digər dövlət başçıları da çıxış etdilər.