MƏDƏNİYYƏT
“Vəkil üçün Linkoln” filminin növbəti mövsümü çəkiləcək
Bakı, 2 sentyabr, Emil Məlikov, AZƏRTAC
Hollivud istehsalı olan “Vəkil üçün Linkoln” adlı ekran əsərinin üçüncü mövsüm bölümlərinin çəkilişlərinə başlanılacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, növbəti mövsüm əvvəlkilər kimi 10 bölümdən ibarət olacaq və Maykl Konellinin məşhur romanı əsasında ərsəyə gətiriləcək.
Linkoln markalı avtomobilinin arxa oturacağından hüquqi işləri tətbiq edən, Los-Ancelesdə irili-xırdalı işlərə baxan idealist Mikki Holler roluna Manuel Rulfo təsdiqlənib. Beki Nyuton, Caz Reykol, Yaya DaKosta, Enqus Sempson və digər aktyorlar üçüncü mövsümdə də öz rollarını təkrar canlandıracaqlar.
“Ssenarist və aktyorların tətilləri hələ də davam etdiyinə görə, yeni mövsüm üzərində işin hansı zamanda başlayacağı və nəhayət, layihənin “Netflix” videoyayım platformasına nə vaxt çıxacağı hələ ki, məlum deyil. Ekran əsərinin ikinci mövsümü növbəti mövsümdən xəbər verən sonluqla başa çatır. Aydındır ki, Hollivud hazırda böhran içindədir. Bu səbəbdən hamı kimi biz də işimizə fasilə verməli olduq, lakin hər şey həll edildikdən sonra bu layihə üzrə işimizə yenidən qayıdacağıq”, - deyə filmin ssenari müəllifi Ted Hamfri jurnalistlərə açıqlamasında bildirib.