“Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turuna start verilib
Bakı, 29 may, AZƏRTAC
Müasir vergi orqanlarının yaradılmasının 25 illiyi münasibətilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turuna start verilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seçim mərhələsində Bakı şəhəri, regionlar və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkənin 25 ali təhsil müəssisəsini təmsil edən ümumilikdə 382 tələbə iştirak edib.
Olimpiada iştirakçıları Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən vergi sistemi və vergi qanunvericiliyinə dair tərtib edilmiş müxtəlif çətinlik dərəcəli test sualları əsasında biliklərini nümayiş etdiriblər. Seçim turunun nəticələrinə əsasən, yüksək nəticə göstərən tələbələr olimpiadanın final mərhələsinə vəsiqə qazanıblar.
Final mərhələsi cari ilin iyun ayında Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:23]
Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib
- 30.09.2026 [11:12]
BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib
- 30.09.2026 [11:06]
DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub
- 30.09.2026 [11:04]