Veronika Xudis: Bakıda keçirilən Dünya Kubokunda əla şərait yaradılıb
Bakı, 28 aprel, AZƏRTAC
Mən çox xoşbəxtəm. Bakıda keçirilən Dünya Kubokunda ilk dəfə iştirak edirəm. Doğma divarlar arasında çıxış etməyə görə qürur duyuram. Bizim üzərimizə böyük məsuliyyət düşür. İndi emosiyalar aşıb-daşır. Çox gözəl tamaşaçılar var. Azarkeşlərin dəstəyi bizim qələbə əzmimizi daha da möhkəmləndirir.
Azərbaycan gimnastı Veronika Xudis bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Veronika Xudis turnirin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan Gimnastika Federasiyasına, habelə yaxşı dəstək üçün bütün Azərbaycan xalqına təşəkkürünü bildirərək deyib ki, indi əsas məqsəd Dünya Kubokunda medal qazanmaqdır. V.Xudis daha sonra deyib: “Mən qələbə əzmindəyəm. Öz üzərimdə işləmək və daha yaxşı çıxış etmək istəyirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:07]
Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]