Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsi – müstəsna tarixi fenomen kimi

Vətən müharibəsi – müstəsna tarixi fenomen kimi

Bakı, 13 oktyabr, AZƏRTAC

İyirmi yeddi sentyabrdan etibarən xalqımız, dövlətimiz, cəmiyyətimiz mübarək Anım Gününün hər cür duyğusal - ağrı, nisgil, qürur, fəxarət ovqatına köklənmiş həmrəylik təntənəsini yaşayır. Böyük Zəfəri bizə qazandıran 44 günlük müharibənin başlandığı nöqtədir 27 sentyabr. Azad olunan Qarabağ, fəth olunan Şuşa, işğalçıdan təmizlənən Vətən torpağı! Xəyallarımızın gerçəkləşdiyi möhtəşəm 2020-ci il! Bu bir il ərzində bizə “yuxu əhvalı” kimi görünən zəfər müjdəmizin bəlkə də ən ağlasığmaz tərəfi budur: 30 ilin həsrət alovunun 44 gün məcrasında bitməsi... Amma nəzərə alanda ki, bura gətirən yolun məfkurə mücadilələri, ideoloji savaşları zaman-zaman Ali Baş Komandan İlham Əliyevin dövləti təfəkkür, siyasi səriştə və intellekt miqyasının gücü sayəsində daim diri qalmışdı, fəhm etmək o qədər də çətin olmaz. 27 sentyabr başlanğıc üçün bir an idi. O anın gəlişini gerçəkləşdirən əməllər sırası var tarixdə və yüz illər keçsə də, tarix hər zaman bu gerçəklərin üslubunda danışacaq bizimlə. Hansı gerçəklər?

Bu fikirlər YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri Elnarə Akimovanın AZƏRTAC-a təqdim etdiyi “Vətən müharibəsi - müstəsna tarixi fenomen kimi” sərlövhəli yazısında yer alıb. Yazını oxucularla bölüşürük.

Prezident İlham Əliyevin 2008-ci ildə Bakıda İstiqlal Bəyannaməsini abidələşdirməsi, Azərbaycanda türk qanlı, İslam imanlı, Avropa fikirli bayrağımız üçün Bayraq meydanlarını qurması, 2018-ci ili Azərbaycanda “Cümhuriyyət İli” elan etməsi onun beynəlxalq siyasi platformasının mükəmməl humanitar təməlləri kimi böyük əməl cizgiləri kəsb eləyir. Qələbəmizin genetik kodlarını daşıyan bu sıranı istənilən qədər artırmaq olar. Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarının ziyarətgah halına gətirməsi, Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, böyük ideoloq, bayrağımızdakı triadanın müəllifi Əli bəy Hüseynzadənin ölkə miqyasında və dövlət səviyyəsində yubileylərinin keçirilməsinə, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının nəşrinə rəvac verməsi də həmin humanitar düşüncə strategiyasının gerçəkləri sırasındadır. Bunlar Prezident İlham Əliyevin fikir həyatımızda oynadığı müstəsna məqamlardır. Ümummilli lider Heydər Əliyevin varisi olaraq bir qızıl qaydanı dərindən bilirdi İlham Əliyev: millət öz istiqlalını qoruduğu müddətdə içindəki hürr duyğusu sönmür. Buna görə lazım idi bu fərmanlara imza atmaq, xalqa istiqlal təlimi ilə aşılanan yurd sevgisini ötürüb lazımi anda onu milli varlığımızın xilası hərəkatında orduya çevirmək...

Milli-xroniki və tarixi anomaliyaya çevrilmiş erməni məkrinin klassik modeli bu illər ərzində heç dəyişmədi. Son yüz ildə dəfələrlə qabaran bu məkrin fəsadları - ardınca gətirdiyi bəlalar, qan və göz yaşları aramsız oldu. Həm də ona görə oldu ki, yaddaşdan nəticə çıxara bilmədik. Əsrin sonunda yenə eyni ssenari, eyni təcavüz və işğal prosesləri. Otuz ilə yaxın aciz bir durumda buraxılıb gözləmə mövqeyi seçməyə məhkum edilmiş bizlər. Əvəzində, dəfələrlə pozulan atəşkəs, öldürülən uşaqlar, əsgərlər, dağıdılan yurd yerləri. Hələ İkinci Qarabağ savaşı başlamamışdı. Ermənistanın baş naziri Nikol Paşinyanın “Rəsulzadənin nasistlərlə əməkdaşlığı olub” kimi sərsəm ittihamlarla çıxışı, Tovuz hadisələri, atəşkəsin dəfələrlə pozulması bizim üçün səbrin sonu, onlar üçün sonun başlanğıcı oldu.

Qırx dörd günlük savaş bütün mənalarda Vətən müharibəsi oldu. Millət kükrəyən emosiyası, əsgərlər fədai ruhu, Ali Baş Komandan səriştə və diplomatik əzmi ilə meydanda idi. Ölkədəki siyasi partiyalar da bu ali məram ətrafında ilk dəfə idi ki, birləşmişdi. M.Ə.Rəsulzadənin müstəqilliklə bağlı təmsil etdiyi siyasi təmayülə münasibətdə həssaslıqla ifadə etdiyi belə bir fikri var: “Azərbaycan dövri-istiqlalına bolşeviklər müsavat dövrü deyirlər. Fəqət xalq bu dövrə Azərbaycan dövrü deyir”.

Bəli, 44 günlük müharibə də bizim üçün ayrılıqda hansısa partiyanın deyil, onların birgəliyinin gücündən hasilə gələn Azərbaycan dövrüdür. Yalnız ölkə daxilində deyildi bu birlik. Bütün türk dünyası bu savaşda yanımızda idi. Bu qələbə türk milli şüurunun qələbəsi idi. Ali Baş Komandan İlham Əliyev müzəffər Orduya ancaq qələbə sonucunu simvolizə edən bir hökmü bəyan edib onu irəli ruhlandırmışdı: “Qarabağ Azərbaycandır”! Bu hökmdən sonra nidanı əsgər qoymalı idi. Qoydu da.

Bu 44 gündə Azərbaycan öz bütövlüyünü qanı ilə qazanmağa layiq orduya, milli miqyasda düşüncə və təşkilati iş vüsətinə sahib olduğunu dünyanın göz önünə sərdi. Müstəqillik mentaliteti və statusunu hər zaman qoruyan Ali Baş Komandan İlham Əliyevin dünyanın gözü qarşısında nümayiş etdirdiyi məğrur lider obrazı isə onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdən oldu. Bu Müzəffər Liderliyi türk tarixinə iz salmış, onun coğrafiyasından tutmuş mənəvi ərazilərin vəhdətinə qədər bütöv silsilə yaradan, hünər meydanında ad çıxaran, türk intibahının yaranmasında misilsiz rol oynayan fatehlərin milli taleyin iştirakındakı əvəzsiz xidmətləri ilə eyni müştərək müstəvidə kəsişdirmək olar. Azər Turanın “Salam türkün bayrağına və yaxud dağılan erməni mifi” məqaləsində oxuyuruq: “2020-ci ilin sentyabrında başlayan Vətən müharibəmizi ümumtürk tarixinin yalnız dörd məşhur savaşı ilə qiyaslandırmaq mümkündür. Səlcuqlu imperatoru Alparslanın zəfərlə sonuclandırdığı Malazgirt savaşından sonra türk tarixinin yeni dövrü başladı. Elmdə də belə qəbul olunub - 1071-ci il yeni türk erasının başlanğıcıdır. Sonra Fateh. Yəni, 1453-cü ildə İstanbulun fəthi və Orta əsrlərin sonu. Sonra 1915-ci il Çanaqqala savaşı. Sonra 1922-ci il. Sakarya müharibəsi. Və nəhayət 2020-ci il. Qarabağda Azərbaycanın Vətən müharibəsi. Bu mənada, İlham Əliyevi yalnız Alparslan, Fateh, Ənvər Paşa və Atatürklə müqayisə etmək olar. Hətta savaş üslubları, savaş ritorikaları da bəzən üst-üstə düşür. Sakarya müharibəsi zamanı "Səddi-müdafiə yoxdur, səddi vətən vardır", - deyən Atatürk kimi, İlham Əliyev də “status-kvo yoxdur, təmas xətti yoxdur, onu biz ləğv etdik”, - dedi”.

Prezident İlham Əliyev erməni fitnəsinə qarşı hər zaman ayıq, dəqiq və qətiyyətli ideoloji mövqe sərgiləyib. Tarixdəki bir ibrətamiz faktı xatırlatmaq istəyirəm. Məlumdur ki, ermənilər öz mənfur niyyətlərini zamanla gerçəkləşdirmək üçün onlara buraxılmış İrəvan ərazisində təşkilatlanıb böyük düşmənə çevrildi və üstündən bir əsr keçəndən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu acı gerçəklərin siyasi təsnifatını tarixdə ilk dəfə 2011-ci il iyulun 5-də Dünya Azərbaycanlılarının III qurultayında verdi: “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır. Əgər onlar öz xalqının gələcəyi haqqında düşünürlərsə, öz siyasətində dəyişiklik etməlidirlər. Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdırlar və Türkiyəyə qarşı əsassız ittihamlardan əl çəkməlidirlər. Əks-təqdirdə, Ermənistanın özünün müqəddəratı sual altına düşə bilər...”.

Ötən günlərdə Prezident BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı zamanı çox mühüm məqamlara toxundu. Ermənilərə məxsus ənənəvi dini və irqi ambisiyanın konkret tarixi səbəblərinə diqqət yönəldən ölkə başçısı dünya ictimaiyyətinə bu dövlətin nə qədər cinayətkar və cani olduğunu çatdırdı. Beynəlxalq hüququn bütün normalarını, BMT Nizamnaməsində qeyd edilmiş İnsan Haqlarını, Cenevrə Konvensiyasının bütün qərarlarını pozan Ermənistan dövlətinin daxili mahiyyətini bütün tərəfləri ilə meydana qoydu. Ölkə başçısı dünyanın gözü qarşısında konsepsiya səviyyəsində ifadəsini tapmış diplomatik səriştənin gücünü sərgiləyir və bu güc qarşısında erməni mifi və onların bədnam Daşnaksutyun, Nemesis, Andranik, Şaan Natali kimi qum heykəlləri ovulub tökülür...

1918-ci ildə qazandığı müstəqilliyini qoruya bilməyən Azərbaycan neçə onillikdən sonra yenidən istiqlalına qovuşdu, Azərbaycan beynəlxalq arenada tanındı, rəhbəri dünya liderləri ilə bir araya gəldi. 30 il əvvəl torpaqlarını itirən Azərbaycan bir il əvvəl, 44 günlük müharibə ilə ərazi bütövlüyünü bərpa etdi. Bir həssas məqamı da burada vurğulamaq yerinə düşər. 2014-cü ilin aprelində Praqada Türkiyənin təmsil olunmadığı “Şərq tərəfdaşlığı” sammitində Türkiyənin qarasınca deyinən köhnə düşmənin sözünü “Türkiyə burada yoxdur, amma mən varam”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev kəsmiş, Türkiyə həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmışdır. Bu gün isə bütün çətinliklərə rəğmən Azərbaycanın olmadığı siyasi məkanlarda, beynəlxalq siyasi müstəvidə Azərbaycanın sözünü Türkiyə deyir. Erməni şovinizminin həyata keçirdiyi tarixi-siyasi proqramın qlobal motivləri və strateji havadarları, ideya kökləri, mənəvi terroru aşkar üsuluna, fəal cəbbəxanasına döndərən məkrinə qarşı bu birlik türk ruhunun qələbəsi olmaqla yanaşı, tarixin cavabı və rəmzlərlə dolu Varlıq nümunəsidir.

Qırx dörd günlük Vətən savaşımız ölkəmizin tarixi-siyasi, ədəbi-mədəni və mənəvi həyatında yeni aktiv bir fazanın başlanğıcıdır. Bu başlanğıc nöqtəsindən yeni bir Azərbaycanın və onun yeni tarixinin, ədəbiyyatının, mədəniyyət və incəsənətinin ərsəyə gələcəyi şübhəsizdir!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb