Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaşın rifahı Azərbaycan dövləti üçün prioritetdir

Vətəndaşın rifahı Azərbaycan dövləti üçün prioritetdir

Bakı, 18 aprel, AZƏRTAC

Koronavirus təhlükəsi dünyanı qəfil yaxaladı. Ərazisindən, əhalisinin sayından, təbii resurslarından, iqtisadi potensialından, siyasi və geosiyasi təsir imkanlarından, hərbi gücündən asılı olmayaraq, bütün dövlətlər bu çağırılmamış gözəgörünməz düşməni xüsusi hazırlıq görmədən qarşılamaq məcburiyyətində qaldılar. Qısa bir zaman ərzində dünyanın iqtisadi-siyasi mənzərəsi dəyişdi. Sərhədlər bağlandı, bütün ənənəvi biznes münasibətləri, iqtisadi əlaqələr havadan asılı vəziyyətdə qaldı, pandemiyanın qarşısının alınması üçün atılan zəruri addımlar, karantin rejimləri çərçivəsində tətbiq olunan məhdudiyyətlər daxili və qlobal iqtisadi prosesləri sıradan çıxmaq təhlükəsi qarşısında qoydu, uzun illər boyu tətbiq olunan, qlobal böhranların sınağından çıxaraq təkmilləşdirilən sosial müdafiə mexanizmləri öz səmərəliliyini itirdi... Bəlkə də bəşəriyyət III Dünya müharibəsinə hazırlıqlı idi, amma koronavirus pandemiyasına yox.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib. O qeyd edib ki, bütün bunları qısaca da olsa xatırlatmaqda məqsədi baş verənlərin mahiyyətini bir daha göz önünə gətirməkdir. Bəzən hadisələrin inkişaf tempi geridə buraxdığımız zaman kəsiyində cərəyan edən hadisələri bütün detalları ilə xatırlamağa, təhlil etməyə və nəticə çıxarmağa imkan vermir. Proseslərin sürətli inkişafında yalnız günün hadisələri ilə kifayətlənir və bu günlə sabahın arasındakı məsafəni özümüzlə əlavə informasiya yükü götürmədən qət etməyə çalışırıq.

“Amma belə olmamalıdır. Çünki koronavirus təhlükəsi sovuşduqdan sonra, vaxtilə dünyaya “humanizm dərsi” keçən, indisə öz vətəndaşlarına belə sahib dura bilməyənlər və onların muzdlu, marginal nüfuz müvəkkilləri yenə də Azərbaycanın pandemiya dövründə nümayiş etdirdiyi çoxsaylı humanizm nümunələrini görməzdən gələcək, ənənəvi boşboğazlıqlarını davam etdirəcəklər” , - deyə ekspert əlavə edib.

Elçin Mirzəbəyli bildirib ki, məhz bu baxımdan, inşallah qısa bir zamanda geridə buraxacağımız pandemiya dövründə Azərbaycanın sərgilədiyi gerçək humanizm nümunələrinə nəzərə salmağı vacib hesab edir. Nəzər salaq ki, dövlətin ən kritik, ekstremal vəziyyətlərdə öz vətəndaşına necə sahiblənməli olduğunu görsünlər və anlaya bilməyənlər də nəticə çıxarsınlar.

Siyasi ekspertin fikrincə, koronavirus (COVID-19) pandemiyasının sürətlə yayılması fonunda yaranan vaxt məhdudiyyətinə baxmayaraq, Azərbaycan dövləti qarşıda duran problemlərin həllinə, ölkəmizdə həyata keçirilən islahatların dinamikasına uyğun olaraq yenə də konseptual yanaşdı. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı hazırlandı və təsdiq olundu. Tədbirlər Planında əhalini bilavasitə sosial müdafiəsinin təmin edilməsini nəzərdə tutan 10 tədbir müəyyənləşdirildi. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrıldı.

O bildirib ki, virusun sürətlə yayılma təhlükəsini önləmək məqsədilə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində dövlətin qarşısında duran prioritet vəzifələrdən biri də dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması idi. Bu istiqamətdə də məqsədyönlü və təxirəsalınmaz tədbirlər həyata keçirildi və proses davam etməkdədir.

E.Mirzəbəyli vurğulayıb ki, bu məqsədlə elektron sistem üzərindən 1 milyon 629 min işçi (o cümlədən, dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min) ilə bağlı gündəlik nəzarət həyata keçirilir. Əmək müqavilələrinin sayında isə azalma deyil, əksinə, artım baş verib. Belə ki, 1 aprel - 17 aprel tarixlərində, yəni cəmi 16 gündə əmək müqavilələrin sayı 55 min artıb.

Onun sözlərinə görə, bununla yanaşı, muzdlu işçilərin əməkhaqları ilə bağlı məsələlər də diqqətdən kənarda qalmayıb və artıq 300 min muzdlu işçinin əməkhaqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir.

Dünyanın əksər ölkələrində iş yerlərinin bağlanmasına, əhalinin məşğulluq imkanları ilə bağlı ciddi problemlərin yaranmasına baxmayaraq, Azərbaycanda məşğulluq orqanlarının fəaliyyəti daha da gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib.

Ekspert bildirib ki, ümumilikdə, ictimai iş yerlərin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb olunub və hazırda da işləməyə davam edirlər.

İşsizlərə və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb.

Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək və bu ödəmələr aprel-may aylarını əhatə edəcək. Növbəti mərhələdə isə birdəfəlik ödəmə alan şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq. Birdəfəlik ödəmələrlə bağlı proses də olduqca sürətlə həyata keçirilib. Aprelin 7-də təsdiq edilən qaydalar üzrə çox qısa müddət ərzində - 2 günə ödənişlərə başlanılıb. Ümumilikdə, aprelin 9-dan 17-dək 140 min işsiz vətəndaşımız üçün birdəfəlik ödəmə təmin edilib. Birdəfəlik ödəmələrin alınması prosesi isə kifayət qədər sadələşdirilib. Ödəmə köçürülərkən vətəndaşa bu barədə SMS göndərilir. Ödəniş bank filialları və ya poçt şöbələri vasitəsilə təmin olunur.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, mövcud vəziyyətdən daha az ziyanla çıxılması prioritet təşkil etdiyindən, həyata keçirilən tədbirlərin davamlı olması nəzərdə tutulur. Yəni proses təkcə pandemiya dövrünü deyil, həm də pospandemiya dövrünü əhatə edəcək ki, iqtisadi mexanizmlərin dinamik inkişafına nail olmaq üçün tələb olunan zaman kəsiyində Azərbaycan vətəndaşlarının sosial müdafiəsi təmin olunsun. Bu məqsədlə işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Eyni zamanda, əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. Bütövlükdə 2020-ci ildə bu növ ödənişlər 20 min nəfəri əhatə edəcək.

Ekspert əlavə edib ki, həyata keçirilən tədbirlər nəticəsində işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti də uzadılıb. 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat vəsait ayrılıb.

Azərbaycan hökumətinin həyata keçirdiyi sosial tədbirlər çərçivəsində özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi əsas istiqamətlərdən birini təşkil edir. 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb.

“Proqramın genişləndirilməsi ilə əlaqədar Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə əməkdaşlıq edilir. Bu məqsədlə, eyni zamanda, banklarla da əməkdaşlıq həyata keçirilir. Aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsinə başlanıb. Dünya Bankı ilə birgə layihənin icrası çərçivəsində isə hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. Bütün bunlarla yanaşı, BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilməsini də xüsusi olaraq vurğulamağa ehtiyac duyuram”, - deyə E.Mirzəbəyli bildirib.

O qeyd edib ki, Azərbaycan hökumətinin xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər yalnız koronavirus pandemiyasının doğurduğu nəticələrin aradan qaldırılması ilə bağlı deyil. Bu tədbirlər kompleks və ardıcıl xarakter daşıyır. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Bu ödənişləri (pensiya, müavinət təqaüd və s.) 2,3 milyon şəxs alır.

Aprelin 8-15-də respublika üzrə aprel ayı üçün pensiyalar tam ödənilib. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsi istiqamətində də müvafiq addımlar atılıb. Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə 3 milyona manat ayrılıb. Aprelin 1-dən ünvanlı sosial yarıdımı alanların sayı 10 min ailə artıb. Ümumilikdə, 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.

Ekspert vurğulayıb ki, Azərbaycan dövlətinin öz vətəndaşlarına olan münasibəti özünü tənha yaşlılara göstərilən sosial xidmətlərdə də büruzə verir. Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır. 15 mindən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib. Bu proses davam edir. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

“Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və sosial rifahının təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlər daha öncə sadaladığım istiqamətlərlə məhdudlaşmır. Belə ki, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir 14 min nəfəri əhatə edir və bunun üçün 2.6 milyon manat ayrılıb. Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub. Göründüyü kimi, dövlət vətəndaşın sosial vəziyyətinə mənfi təsir göstərəcək bütün amilləri nəzərə alır, təhlil edir və onların tez bir zamanda, kompleks şəkildə aradan qaldırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir” , - deyə Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, ayrı-ayrı sosial təbəqələrin rifah halının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər geniş və ardıcıl xarakter daşıyır: “Az qala hər gün əhalinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni və innovativ layihələrin həyata keçirildiyinin şahidi oluruq. Bu prosesin dünyanı acı reallıqlarla qarşı-qarşıya qoyan koronavirus pandemiyasının özü ilə birgə gətirdiyi sosial-iqtisadi problemlərin qlobal müstəvidə tüğyan etdiyi bir dönəmdə davamlı şəkildə həyata keçirilməsi isə Azərbaycan Prezidentinin yürütdüyü siyasətin təməlində insan amilinin dayandığını bir daha sübuta yetirir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır! Vətəndaşın rifahı Azərbaycan dövləti üçün prioritetdir!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir