Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaşlar dövlət başçısına yazırlar: Bir daha gördük ki, xalq-Prezident vəhdəti sarsılmazdır

Vətəndaşlar dövlət başçısına yazırlar: Bir daha gördük ki, xalq-Prezident vəhdəti sarsılmazdır

Bakı, 25 aprel, AZƏRTAC

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız bəşəriyyəti bürüyən bu bəladan Azərbaycan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.

Şamaxı rayonundan şagird Aytən Ədilova yazır: “Hörmətli cənab Prezident, Sizə yazılan minnətdarlıq məktublarını efirdə dinlədikdə mən də ürəyimdən gələn səmimi hisslərimi bildirmək istədim. Mənim 12 yaşım var. Şamaxıda yerləşən M.Hadi adına 9 saylı məktəbin VI sinfində oxuyuram. Dünyada, eləcə də Azərbaycanda yayılmış koronavirus infeksiyasına qarşı ölkəmizdə görülən işlərə görə Sizə “Çox sağ olun!” demək istəyirəm. Sizin sayənizdə respublikamızda bu virusun qarşısı vaxtında alındı. Siz biz uşaqları qorumaq üçün dərsləri dayandırdınız. Lakin evdə qalsaq da, təhsildən, dərslərimizdən geri qalmırıq. Mən bilirəm ki, Siz uşaqları çox sevirsiniz. Mən də Sizi çox sevirəm. Bu sevgimi beş yaşından iştirak etdiyim bütün tədbirlərdə ümummilli liderimiz Heydər Əliyevə və Sizə həsr olunmuş şeirləri böyük həvəslə söyləməklə bildirirəm. Deyirlər uşaqların Allahdan istəkləri mütləq yerinə yetir. Mənim arzum Sizi, Azərbaycanı xoşbəxt görməkdir. Bizi qoruduğunuza görə Sizə təşəkkür edirəm. Nə yaxşı ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizinlə fəxr edirik”.

Zəngilan rayonundan 81 yaşlı məcburi köçkün, Qarabağ müharibəsi veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Oqtay Ələkbərov məktubunda bildirir: “Möhtərəm İlham Heydər oğlu, Siz ulu öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı kimi Birinci vitse-prezident Mehriban xanımla birlikdə dövlət-xalq-iqtidar birliyini formalaşdıraraq gündən-günə möhkəmləndirirsiniz. Çətin sınaqlarda qayğı, dərin sevgi ilə vətəndaşların yanında olmusunuz, xalqa maddi-mənəvi kömək göstərmisiniz, xalqın qəlbində ümid çırağı yandırmısınız. Siz çiyinlərinizdə Vətənin və xalqın ağır yükünü çəkirsiniz. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz uğurlu islahatlar və layihələr, çoxşaxəli fəaliyyətiniz dəyərli və qiymətlidir. Qloballaşan dünyamızda Sizin dərin təfəkkürünüz, uzaqgörənliyiniz, siyasi hadisələrə vaxtında düzgün qiymət vermək bacarığınız, yüksək mədəniyyətiniz inkişaf etmiş bir çox ölkələrin rəhbərlərinin Sizə hörmət və ehtiramını qazandırıb. Dünyanın 200-dən çox ölkəsini cənginə almış koronavirusla mübarizədə vaxtında qabaqlayıcı tədbirlər görməyinizin nəticəsidir ki, ölkəmizdə insan itkisi daha az oldu. Əminik ki, xalqımız bir yumruq kimi birləşəcək, bu mübarizədən başıuca çıxacaq. Qələm sahibi kimi şeirlərimin birində yazmışam: “Kim şəriksə Vətənin, xalqının əzabına, yazdıracaq adını insanlıq kitabına”. Sizin adınız Vətənin və xalqımızın tarix səhifəsinə qızıl hərflərlə yazılacaq. Siz ən dərin hörmət və ehtirama layiqsiniz. Uca Tanrı Sizi qorusun!”.

Ağsu rayonunun Bico kəndindən Əməkdar müəllim Yaşar Qarayev: “Hörmətli cənab Prezident, bütün xalqımız kimi Ağsu rayonunun Bico kəndinin sakinləri də Sizin xalqımızın uğurlu sabahına, xoşbəxt gələcəyinə hesablanmış daxili və xarici siyasətinizi ürəkdən bəyənir, Sizə minnətdarlıqlarını bildirirlər. Bu gün Ulu Öndərimizin ruhu ona görə şaddır ki, Siz onun mənsub olduğu, sevdiyi xalqa ləyaqətlə xidmət edirsiniz. Buna görə xalqımız Sizi mərd atanın mərd oğlu kimi tanıyır.

Əziz Prezidentimiz, gördüyünüz işlər o qədər əzəmətli və böyükdür ki, dünyanın hər yerindən görünür. Son illər kəndimizdə də çox böyük işlər görülüb. Məktəb və xəstəxana binaları istifadəyə verilib, evlərimizə qaz və su xətləri çəkilib, kəndarası yollar asfaltlanıb.

Bu qayğılı günlərdə də aztəminatlı, həssas təbəqəyə hər cür qayğı göstərilir. Bütün işlərinizə görə kənd sakinləri adından Sizə “Çox sağ olun!” deyir, hörmət və ehtiramımızı bildiririk”.

Sumqayıt şəhərindən şagird Səid Qüdrətli: “Möhtərəm cənab Prezident, Sizin dünyanın çətin sınaq mərhələsində hadisələri öncədən görməyinizi və qabaqlayıcı tədbirlər görməyinizi alqışlayır və dərin minnətdarlığımı bildirirəm. Bu tədbirlər təhlükəli virusun Azərbaycanda geniş yayılmasına imkan vermədi. İnanıram ki, Sizin sayənizdə Azərbaycan xalqı bu pandemiyaya qalib gələcək və dövlətimiz gündən-günə çiçəklənəcək. Öz adımdan Sizə, aidiyyəti dövlət qurumlarına və birlik göstərən xalqıma təşəkkür edirəm. Hörmətli Prezident, bu çətin vaxtda xalqımız üçün gördüyünüz işləri dəyərləndirməyi özümə borc bildim. Sizə təşəkkür edir, möhkəm cansağlığı arzulayıram”.

Qubadlı rayon Saray kənd tam orta məktəbinin müəllimi Zülfiyyə Məmmədova: “Hörmətli cənab Prezident, bütün dünyanı dəhşətə gətirən COVID-19 pandemiyası ilə əlaqədar həyata keçirdiyiniz tədbirlər xalqımıza olan məhəbbət və sevginizin təzahürüdür. Azərbaycan koronavirusla mübarizədə ağır nəticələrlə üzləşmədi. Bu da Sizin ulu öndər Heydər Əliyev məktəbindən öyrəndiyiniz dərin siyasi, diplomatik biliyiniz və vətənsevərliyiniz sayəsində mümkün oldu. Aztəminatlı ailələrə verilən müavinətlər, koronavirus xəstələrinin dövlət hesabına müalicəsi, əhalinin həssas qrupuna aid olan tələbələrin təhsil haqlarının dövlət hesabına ödənilməsi, kommunal ödənişlərə edilən güzəştlər insanların Sizə inamını daha da artırdı. Sizin və ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xalqa ünvanladığınız müraciətləriniz həqiqətən bizim birlikdə güclü olduğumuzu sübut etdi. Var olasınız, cənab Prezident! Var olasınız ki, Azərbaycanımızın adını həmişə daha yüksəklərə ucaldasınız. Dünyamıza, ölkəmizə, Sizə, ailənizə və doğmalarınıza sağlam həyat diləyirəm. Sizə təşəkkür edirəm”.

Bərdə rayonunun Cəyirli kəndindən şagird Nurlan İlyaslı: “Hörmətli cənab Prezident, Sizə Bərdə rayonunun Cəyirli kəndindən yazıram. Səkkizinci sinifdə oxuyuram. Əvvəllər də gördüyünüz işlərdən ruhlanaraq Sizə məktubla müraciət etmişdim. Sizin Sərəncamınızla banklara borcu olan şəxslərə hərtərəfli kömək edilməsi üçün hazırlanmış plan məni çox təsirləndirmişdi. Buna laqeyd qala bilməmiş, bir məktəbli, gələcəyin əsgəri kimi Sizə minnətdarlıq məktubu yazmışdım. Hazırda da Sizin respublikamızda apardığınız işlər məni yenidən şövqə gətirib. Buna görə də yenidən minnətdarlıq məktubu yazmaq qərarına gəldim. Məlum COVID-19 virusunun ölkəmizdə qarşısının alınması məqsədilə verdiyiniz sərəncam və fərmanları ailəmlə birlikdə dəstəkləyirik. Sizin gördüyünüz tədbirlər nəticəsində ölkəmizdə itki daha az oldu, sahibkarlara, fermerlərə dəyən zərər Sizin Sərəncamınızla görülən tədbirlər sayəsində qarşılanır. Xalqımızın yaşayış səviyyəsinin aşağı düşməməsi üçün gördüyünüz işlər göz qabağındadır.

Cənab Prezident, bu çətin dövrdə Siz bizim xalqımıza ata, baba, qardaş, doğma, əziz övladlarınız kimi yanaşırsınız, hamının çətinliyini, problemini öz probleminiz kimi qəbul edirsiniz. Hörmətli Mehriban xanımın xalqımıza ünvanladığı müraciət, həmin müraciətin mətni bir ayrı mövzudur. Mehriban xanım öz müraciətində Azərbaycan xalqına bir nənə, ana, bacı kimi müraciət etdiyini göstərdi. Həmin müraciəti həvəslə oxudum, hər ikinizi sevməkdə yanılmadığımı bir daha anladım. İnanıram ki, Sizin sayənizdə tezliklə COVID-19 virusundan qurtulacaq, yenidən məktəbə gedəcəyik. Məktəbli olsam da, daim Sizinləyəm. Siz mənə çox doğma insansınız”.

Bakının Xəzər rayonundan Mehman Mehtiyev və Adil Xaliqov yazırlar: “Hörmətli cənab Prezident, koronavirusla mübarizə dövründə xalqımızın Sizə bəslənən ümidlərini bir daha doğrultdunuz, bizi böyük bir bəladan xilas etməkdəsiniz. Sizi dəstəkləyir, bu şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar arzulayırıq. Sizin tərəfinizdən görülən qabaqlayıcı tədbirlər pandemiya bəlasına qarşı çox səmərəli oldu. Bu virus heç kimin gözləmədiyi anda ortaya çıxdı. Lakin hər kəsin gözlədiyi kimi, Siz bu çətinliyə də etibarlı sipər oldunuz, xalqımızı qorudunuz, ölkəmizi böyük bir təhlükədən xilas etdiniz. Allah Sizə hər zaman kömək olsun!”.

Hacıqabul rayonunun sakini Nazim Zeynalov: “Hörmətli cənab Prezident, dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizə təsirinin azaldılması istiqamətində Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində çox mühüm işlər görülüb. Sizin “Mənim üçün Azərbaycan vətəndaşının sağlamlığının qorunması, onun təhlükəsizliyinin təmin olunması hər şeydən üstündür” sözləriniz öz xalqının taleyinə ürəkdən yanan müdrik rəhbər, dövlət başçısı kimi çətin gündə Azərbaycanın hər bir vətəndaşına sevginizi, qayğınızı ifadə edir. Azərbaycanda virusun qeydə alındığı gündən bütün qüvvələr səfərbər edilərək xüsusi karantin rejimi tətbiq olundu. Sizin təşəbbüsünüzlə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən Zirvə görüşündəki əhatəli çıxışınızla ölkələri əməkdaşlığa çağırdınız. Bütün bunlar sübut edir ki, apardığınız uğurlu siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır. Xalqımızın sağlamlığı, təhlükəsizliyi naminə göstərdiyiniz fədakarlığa, yüksək qayğıya görə rayonumuzun sakinləri adından Sizə təşəkkür edirik. Bu çətin günlərdə Siz xalqımıza dayaqsınız, xalqımız da Sizə güvənir, Sizinlə qürur duyur. Qürur duyuruq ki, dar məqamda düzgün qərar qəbul edən, xalqı təhlükədən qoruyan Sizin kimi Prezidentimiz, rəhbərimiz var. Ulu Tanrı Sizi qorusun!”.

Sabirabad rayonunun Qalağayın kəndindən Fazilə Qurbanova: “Hörmətli cənab Prezident, mən gözdən əliləm. Amma Sizin xalqımız üçün etdiklərinizi, bizləri işıqlı sabaha apardığınızı görürəm. Bizi qorxulu bəladan qoruduğunuza görə Sizə təşəkkür etmək istəyirəm.

Cənab Prezident, Sizin müdrik rəhbərliyinizlə nəinki pandemiyaya qalib gələcəyik, hətta işğal altında olan torpaqlarımızı qısa zamanda azad edəcəyik. Siz varsınızsa, bütün problemlər öz həllini tapacaq. Mənim övladım Türkiyədə təhsil alır. Türkiyədə olan bütün tələbələr bu çətin vaxtlarda özlərini tək hiss etmədilər. Siz onlara arxa oldunuz. Çox sağ olun, var olun, cənab Prezident! Biz əlillərə göstərdiyiniz qayğıya görə Sizə xüsusi təşəkkür edirəm. Sizinlə fəxr edirəm”.

Ağstafa rayonunun Köçəsgər kəndindən Həzrətəli İbrahimov və Qətibə İbrahimova dövlətimizin başçısına minnətdarlıqlarını bu sözlərlə ifadə edirlər: “Çox hörmətli cənab Prezident, Siz dünyanı bürüyən və böyük tələfatlara səbəb olan koronavirus pandemiyasına qarşı çevik və vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməklə vətəndaşlarımızın yanında olduğunuzu bir daha sübut etdiniz. Həmçinin son günlər əhalinin aztəminatlı hissəsinin sosial rifahının yaxşılaşdırılması üçün imzaladığınız məlum sərəncamlara görə Sizə minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizi, ailənizi və övladlarınızı qorusun!.

Cənab Prezident, mən bir vətəndaş olaraq Sizin və Mehriban xanımın bu xidmətlərini yüksək qiymətləndirirəm. Ürəkdən inanıram ki, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız tezliklə bu ağır xəstəlikdən en az itki ilə qurtulacaq. Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizi, ailənizi, xalqımızı və möhkəm təməlləri ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan qüdrətli dövlətimizi qorusun!”.

Tovuz rayonunun Yanıqlı kəndinin sakini Razim Qocayev: “Çox hörmətli cənab Prezident, Sizə ailəmiz adından minnətdarlığımızı bildiririk ki, belə güclü dövlət yaratmısınız və biz bu ölkənin vətəndaşlarıyıq. COVID-19 pandemiyasının dünyada səhiyyəni və sosial durumu iflic etdiyi bir vaxta Siz sübut etdiniz ki, həqiqətən də Azərbaycan güclü dövlətdir. Neftin kəskin ucuzlaşdığı bir zamanda Siz sosial vəziyyəti zəif olan vətəndaşlara birdəfəlik ödənişin edilməsi, xalqın rifahının yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verdiniz. Siz bir daha yenə sübut etdiniz ki, ölkəmizin neftdən asılılığı azalıb.

Cənab Prezident, bütün bunlar Sizin sayənizdədir. Sizə minnətdaram. Biz Sizinlə güclüyük!”.

Ağdam rayonundan müəllim Kərim Novruzov: “Hörmətli Prezidentimiz, Azərbaycan vətəndaşlarını bütün dünyanı bürümüş pandemiyanın fəsadlarından qorumaq üçün gördüyünüz təqdirəlayiq tədbirləri alqışlayırıq. Bu gün bütün xalqımızın vətəndaşlıq nümunəsi göstərməsi günüdür. Hər kəs əlindən gələni mövcud şəraitə uyğun olaraq ən yaxşı şəkildə və keyfiyyətlə yerinə yetirməlidir. Bir tarix müəllimi kimi bütün imkanlardan istifadə edərək şagirdlərimin təhsildən geri qalmamaları üçün əlimdən gələni əsirgəmirəm. Bundan başqa, dövlətimizin bu bəladan qorunması üçün istənilən tapşırığınızı yerinə yetirməyə hazıram. Sizə uzun ömür, cansağlığı və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar diləyərək, deyirəm ki, getdiyiniz yol haqq yoludur. Bu yol Heydər yoludur və bu yolda Sizinləyik!”.

Bakı şəhərinin Nərimanov rayonundan Bəylər Əzimov: “Möhtərəm cənab Prezident, son günlər bəşəriyyətin bəlasına çevrilən COVID-19 infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması üçün həyata keçirilən sosial təcrid tədbirlərinə dəstək olaraq həmrəylik nümayiş etdirməyiniz xalqımız tərəfindən yüksək qiymətləndirilir. Pandemiyaya qarşı mübarizə çərçivəsində Sizin rəhbərliyinizlə respublikamızda qabaqlayıcı tədbirlər görülür, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə zəruri preventiv və profilaktik işlər həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatının koronavirus təhlükəsi ilə əlaqədar “Evdə qal, həyatları xilas et!” çağırışı ilə yaşı 65-dən yuxarı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Azərbaycan gəncləri də Sizin atdığınız qətiyyətli addımları, xalqımıza göstərdiyiniz diqqəti və qayğını dəstəkləyirlər. Tibb işçilərimiz istər xəstəxanalarda, istərsə də karantində olan və müalicə alan vətəndaşlarımızla xüsusi maraqlanır, onların tezliklə sağalıb ailələrinin yanına qayıtmaları üçün əllərindən gələni edirlər.

Cənab Prezident, əminik ki, “Biz birlikdə güclüyük!” çağırışınızla koronavirusa tez bir zamanda qalib gələcəyik. Mən gənclər adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildirir, müstəqil Azərbaycanımızın tərəqqisi naminə fədakar fəaliyyətinizdə uğurlar arzu edirəm”.

Şəmkir rayonunun Dağ Cəyir kəndinin sakini Müslüm Ağaliyev: “Hörmətli cənab Prezidentimiz İlham Əliyev, bu çətin zamanlarda xalqın yanında olduğunuza, koronavirusla mübarizədə çox önəmli qabaqlayıcı tədbirlər həyata keçirdiyinizə görə ailəmizin və doğmalarımızın adından Sizə təşəkkür edirik. Sizinlə çiyin-çiyinə çalışan, kiçiklərə sevgi, böyüklərə hörmətlə yanaşmaqla hər birimizə nümunə olan dəyərli Mehriban xanıma, öz pozitivliyi ilə gənclərimizə dəstək olan övladlarınıza cansağlığı arzu edirəm.

Dahi ümummilli lider, öz ideyaları ilə böyük bir siyasi məktəb qoyub getmiş ulu öndərimiz Heydər Əliyevin adı hər zaman qəlbimizdə ən yüksəklərdədir. Təbii ki, onun məktəbini keçmiş bir insan, xalqına sədaqətlə xidmət edən bir Prezident Sizin kimi olmalıdır. Mən Sizinlə fəxr edirəm. Siz ölkəmizi çox yüksək arenalarda layiqincə təmsil edir, atdığınız hər addımla Azərbaycanın adını daha yüksəklərə qaldırırsınız. Tutduğunuz şərəfli yolda Sizə uğurlar, xalqımıza xoşbəxt, firavan gələcək arzu edirəm. Biz Sizinləyik!

Cənab Prezidentimiz, ən böyük diləyim işğal altındakı torpaqlarımızın tezliklə azad olunmasıdır. Ana ocağımızı, ata yurdumuzu azad görmək istərdik. Ulu Tanrıdan hər gün bunu diləyirəm”.

Salyan şəhərinin sakini Cavid Səmədli: “Cənab Prezidentim, Azərbaycanın əldə etdiyi uğurların əsas təminatçısı insan kapitalına, xüsusilə də yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclərə göstərilən diqqət və dəstəkdir. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Siz bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi yolunda gənclərə böyük meydan verilməsinin daim tərəfdarı olmuş, onlara bunun üçün hər cür şərait yaratmışınız. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişafı prosesinin avanqardına çevrilirlər. Dövlətimizin koronavirusla mübarizdə apardığı bu çətin günlərdə də gənclər üzərilərinə düşən məsuliyyəti dərk edir, xüsusi karantin rejimi çərçivəsində qoyulan məhdudiyyət tədbirlərinə ciddi əməl edirlər. Siz də öz növbənizdə belə bir vaxtda xalqımıza arxa-dayaq oldunuz, təhlükəsizliyimiz üçün əlinizdən gələni əsirgəmədiniz. Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma sonsuz təşəkkürümüzü bildiririk”.

Lənkəran şəhərinin Şiləvar kəndindən Zaur Hüseynov: “Möhtərəm cənab Prezident, bu gün koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ mübarizə tədbirləri dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Dünya ölkələrinin koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərdən əziyyət çəkdikləri bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Sizin rəhbərliyinizlə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis olunması, yeni xəstəxanaların açılışı, modul tipli 6 xəstəxananın tikintisinə başlanılması Azərbaycanın bütün dünyanı təhdid edən bəladan az zərərlə çıxacağından əminlik yaradır. Yürüdülən müdrik siyasət, görülən düzgün mübarizə tədbirləri dünyanın aparıcı dövlətləri tərəfindən təqdir edilməkdədir. Ölkəmizin hər bir vətəndaşına örnək sayılacaq fəaliyyətinizə görə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi İşçilərinin Həmkarlar İttifaqının üzvləri adından Sizə təşəkkür edir və işlərinizdə uğurlar arzulayırıq. Biz əminik ki, Sizin rəhbərliyinizlə bu sınaqdan da üzüağ çıxacağıq. Tanrı Sizi, xalqımızı və dövlətimizi qorusun!”.

Cəbrayıl rayonu, Hovuslu kəndindən Köçəri Tumasov: “Möhtərəm və əziz Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev, Sizin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözləriniz 17 il ərzində sürətlə inkişaf edən Azərbaycanın bütün istiqamətlər üzrə müasirləşməsindəki real fəaliyyətinizlə öz təsdiqini tapıb. COVID-19 pandemiyası dövründə bir daha bütün Azərbaycan vətəndaşlarına açıq-aydın bəlli oldu ki, Siz nəinki hər bir azərbaycanlının Prezidenti, həmçinin hər bir azərbaycanlı ailəsinin doğması, əzizi, dayağı, dəstəyi, güvən yeri, istinadgahısınız.

Cənab Prezident, hər zaman xalqımıza dayaq olduğunuz üçün Sizə həm öz adımdan, həm də ailəmizin adından təşəkkürümü bildirirəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi varisi olaraq Siz Ulu Öndərin daxili və xarici siyasət strategiyasını layiqincə davam etdirirsiniz. Bu şərəfli yolda, ölkəmizin uğurlu gələcəyi naminə gordüyünüz bütün işlərdə Sizə müvəffəqiyyətlər arzulayıram. Var olasınız. Var olasınız ki, Azərbaycanımızı daha yüksəklərə ucaldasınız. Var olasınız ki, Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Qarabağımızda bayrağımızı dalğalandıraq. Dünyamıza, ölkəmizə, Sizə və doğmalarınıza sağlıq və bir daha sağlıq diləyirik”.

Gəncə şəhərinin sakini Elnur Həmidov: “Hörmətli Cənab Prezident, əvvəla Sizi salamlayır və bu məktubumla Sizə dərin təşəkkürümü bildirirəm. Dünyanı bürüyən pandemiya dövründə Sizin və Mehriban xanım Əliyevanın hər zamankı kimi xalqın yanında olmağınız məni də qürurlandırdı. Ulu öndərimiz Heydər Əliyev kimi, məhz Sizin də düşünülmüş iqtisadi, siyasi, sosial addımlarınız bu gün ölkəmizdə firavan həyat sürməyimizə imkan yaradıb. Hazırda Sizin tapşırığınıza əsasən dövlətin bütün imkanları xalqımızı bu bəladan qorumağa və yarana biləcək sosial problemlərin həllinə yönəlib. Bu gün bir daha gördük ki, xalq-Prezident vəhdəti sarsılmazdır.

Cənab Prezident, əminik ki, Sizin qətiyyətli addımlarınız, xalqımıza qayğınız sayəsində bu sınaqdan da üzüağ çıxacağıq. Gördüyünüz bütün işlərə görə çox sağ olun, cənab Prezident! Bütün ailəmiz adından Sizə minnətdarıq. Yaxşı ki, varsınız. Nə yaxşı ki, bu ölkənin Prezidenti Sizsiniz. Allah Sizi və ailənizi qorusun!”.

Göyçay rayonunun Bığır kəndinin sakini Elton Məmmədov: “Hörmətli cənab Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasətini əzmlə, böyük iradə ilə davam etdirərək, müstəqil Azərbaycanımızı gücləndirirsiniz. Ölkəmizin gələcəyinə həssas yanaşmağınız sayəsində pandemiyanın Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər artıq öz müsbət təsirini göstərməkdədir. Sizin siyasətinizin əsasında Azərbaycan xalqı və onun rifahı dayanır. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Sərəncamınızdan irəli gələn vəzifələrin həlli məqsədilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı verilmiş qərar biz valideynlər tərəfindən çox yüksək qiymətləndirilir.

Cənab Prezident, pandemiya ilə mübarizədə göstərdiyiniz fədakarlıq tarixə qızıl hərflərlə yazılacaq. Bizimlə yaxından maraqlandığınız, bizə qayğı göstərdiyiniz və hər bir zaman olduğu kimi, yenə də vətəndaşlarımızın rifahı naminə qərarlar verdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk”.

Biləsuvar rayonunun Ağayrı kəndinin sakini Böyükağa Əliyev: “Hörmətli Prezident cənab İlham Əliyev, hər şeydən öncə belə çətin dövrdə, bu pandemiya şəraitində biz vətəndaşların qayğısına qaldığınıza görə Sizə ailəm adından minnətdarlıq edirəm. Siz öz humanistliyinizlə bir daha sübut etdiniz ki, dövlət həmişə vətəndaşının yanındadır və biz vətəndaşlar, xüsusən də mən öz ailəmlə həmişə Sizi sevmişik, dəstəkləmişik, bu gün də, sabah da Sizinləyik. Biz görürük ki, ulu öndər Heydər Əliyev - o dahi şəxsiyyət əbədiyyətə qovuşsa da, onun pak ruhu daim Azərbaycan xalqı ilədir. Bir daha Sizə ailəm adından təşəkkür edirəm, sağ olun, var olun. Allah Sizin kölgənizi Azərbaycan xalqının başı üstündən əskik etməsin!”.

İsmayıllı rayonundan Şəfa Tarverdiyeva: “Hörmətli cənab Prezident, biz dünyanı cənginə alan koronavirus adlı bəşəri bəlanın çətin dövrünü yaşayırıq. Amma buna baxmayaraq, bu çətinliyin bir işığı var ki, o da Sizinlə bağlıdır. Karantinin ilk günlərində insanlarda bir çaşqınlıq vardı. Amma Sizin uzaqgörən və məqsədyönlü qərarlarınız, atdığınız qətiyyətli addımlar biz sadə vətəndaşları düşdüyümüz təşvişdən qurtardı, bu bəladan xilas edəcəyinizə əminlik yaratdı. Siz ilk gündən hamımızın yanında oldunuz, tükənməz enerjinizlə, insanlarımıza böyük sevginizlə dayaq oldunuz, Mehriban xanımla birlikdə xalqı ruhdan düşməyə qoymadınız. Əlinizdən gələni, mümkün olan və olmayan hər şeyi etdiniz. Ölkəmiz həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində digər inkişaf etmiş ölkələrlə müqayisədə daha az itki verib. Biz sadə insanlarda bu çətin sınaqlardan sonra həyat eşqi, ümid işığı yaranır. Biz bu ümid işığını indi həyatımızda görürük. Sizin ölkəmizin rifahı yolunda həyata keçirdiyiniz gözəl əməllərdən ruhlanır, Sizinlə fəxr edirik, cənab Prezident. Sizi dəstəkləyir və hər zaman yanınızda olduğumuzu bildiririk. Sizə möhkəm cansağlığı arzulayırıq”.

Sumqayıt şəhərinin sakini Qumru İsmayılova: “Hörmətli Prezidentimiz İlham Əliyev, mən Azərbaycan Respublikasının vətəndaşı olaraq Sizin yürütdüyünüz siyasəti hər zaman dəstəkləyirəm. Bu karantin rejimində gördüyünüz tədbirlər dünya ölkələri arasında Sizin uzaqgörən dövlət başçısı olduğunuzu bir daha təsdiqlədi. Biz hər zaman Sizin yanınızdayıq. Sizə inam və etibarımız böyükdür. Siz və ailəniz öz xeyirxah, insansevər əməlləriniz ilə həmişə öndəsiniz və bizlərə örnəksiz. Müqəddəs Ramazan ayının gəlişi ilə Sizi və ailənizi səmimi qəlbdən təbrik edirəm. Uca Yaradan bütün problemləri Vətənimizin, xalqımızın başı üstündən aparsın. Sizə və ailənizə cansağlığı, uzun ömür bəxş etsin. Amin!”.

Lerik rayonunun Küsəkəran kəndindən Əfqan Vəlizadə: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, son vaxtlar dünya gündəminin əsas mövzularından biri də koronavirus epidemiyasıdır. Dünya ölkələrində bu xəstəlikdən gündə yüzlərlə insan öz həyatını itirir. Sizin uzaqgörən siyasətinizin, alicənablığınızın nəticəsində ölkəmiz bu xəstəlikdən çox az itkilərlə çıxdı. Siz bütün qüvvələri tez bir zamanda səfərbər etdiniz və biz vətəndaşlar da öz həmrəyliyimizi, birliyimizi nümayiş etdirərək qoyulan qaydalara əməl etdik. Biz bir daha əmin olduq ki, ölkəmiz əmin əllərdədir. Uca Tanrıya şükürlər olsun ki, Sizin kimi Prezidentimiz var. Biz Sizinlə fəxr edirik. Uca Tanrı Sizi və ailənizi qorusun. Yaşasın Azərbaycan! Biz birlikdə güclüyük!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək

Azərbaycanda Amerika Ticarət Palatası “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 3 min 766 fakt aşkar edilib

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində baş verən qəzada 22 pakistanlı hərbçi həlak olub

Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub

BDYPİ: Texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələri yollarda ciddi risk yaradır

Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb

Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib

Yunanıstan səfiri “ASAN xidmət”də

Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji rolu daha da güclənib MÜSAHİBƏ

Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb

Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub

“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır

Azərbaycanla İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib

Volkan Yılmaz: Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün böyük əhəmiyyətə malikdir

Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib

“Bayer” heyətinə yeni futbolçu cəlb edib

Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılıb

Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub

Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm

Milli qurtuluşdan dövlətçilik zirvəsinə: BDU tələbələri Ulu Öndərin siyasi irsini öyrənirlər

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ

Ölkədə muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

Mətin Məmmədli: Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır

ABŞ-nin neft ehtiyatları azalıb

Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib

Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Azərbaycanda beynəlxalq sertifikatların maliyyələşdirilməsi proqramı hazırlanır

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi - RƏY

Fransadakı alman bunkerləri baxımsız qalıb

Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

ADNSU-da respublika fənn olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırılıb

Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək

Azərbaycan enerji sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır ŞƏRH

Rizvan Nəbiyev: Sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin əsas hüquqi bazasını təşkil edəcək

Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Oman sahillərində tankerdə yanğın baş verib

Qaya Məmmədov: Ermənistan cəmiyyəti Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir

Azərbaycan millisinin baş məşqçisi dünya çempionatındakı favoritini açıqlayıb

Uşaq evinin sakinləri İtaliyada keçirilən rəsm sərgisində iştirak ediblər

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib VİDEO

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib VİDEO

Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq

Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin aparıcı qüvvələrindən biri kimi çıxış edir- ŞƏRH

Fransada müdafiə sənayesi sahəsi gücləndirilir

Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

Deputat: Uşaqların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsi zəruridir

Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək

Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir VİDEO

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir VİDEO

Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib

Donald Tramp: İnflyasiyanı bəyənirəm

Teatr sənətinin vurğunu

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır VİDEO

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır VİDEO

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb

“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb

PMI rəsmisi: Azərbaycan innovasiya və insan kapitalına əsaslanan iqtisadiyyat qurur

Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq

Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir ŞƏRH

Nazir müavini: Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır

Səudiyyə Ərəbistanı Livandan məhsul idxalına tətbiq etdiyi qadağanı ləğv edib

BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb

Krasnodar hava limanında 34 reys təxirə salınıb

® Əsəd Qurbanzadə: Unun alış qiyməti deyil, son məhsulun maya dəyəri əsas göstəricidir

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası regional istehsal və logistika mərkəzi rolunu oynayır

Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır

SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb

Aleksey Kim: Azərbaycan resurslara əsaslanan iqtisadiyyatdan innovasiyayönümlü modelə keçidi uğurla həyata keçirir

SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub

Xalq rəssamı Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlanıb

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

İcraçı direktor: Azərbaycanın süni intellekt iqtisadiyyatında regional mərkəzə çevrilməsi potensialı böyükdür

NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb

Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var VİDEO

Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var VİDEO

Culfada yaşayış binasında yanğın olub VİDEO

Culfada yaşayış binasında yanğın olub VİDEO

Nazir müavini: Azərbaycan şirkətləri beynəlxalq səviyyədə rəqabət aparmaq imkanına malikdir

Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub

Nazirin müşaviri: Azərbaycan gələcəyin sənaye və texnologiyalarının formalaşdırılmasında ABŞ-nin tərəfdaşı olmağa hazırdır

Çinli alimlər irsi əzələ distrofiyasının müalicəsində ciddi irəliləyiş ediblər

Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb

“AmCham”: Məqsədimiz dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq imkanlarının yaradılmasıdır

ABŞ-nin hücumu nəticəsində Oman körfəzində iki hindistanlı dənizçi həlak olub