VƏTƏNDAŞLARDAN NARKOTİK MADDƏ GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Cinayət Axtarış Baş İdarəsi, Əli Bayramlı Şəhər Polis Şöbəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əli Bayramlı şəhər sakini Zərifə Almazovanın mənzilindən 0,756 qram heroin götürülmüşdür. Z.Almazova narkotik vasitənin qardaşı Rahil Almazova məxsus olduğunu bildirmişdir. R.Almazov tutulmuşdur.
Cinayət Axtarış Baş İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Rusiya Federasiyası vətəndaşı Misirxan Abdulovun idarə etdiyi “VAZ-2121” markalı avtomaşın nəzarət qaydasında yoxlanılmışdır. M.Abdulovdan 2,398 qram heroin aşkar edilərək götürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]