“Vətəni tanı” ümumrespublika kampaniyasının növbəti seçim turu Lerikdə keçirilmişdir
Bakı, 18 may (AZƏRTAC). Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşkilatçılığı ilə keçirilən “Vətəni tanı” ümumrespublika kampaniyasının növbəti seçim turu Lerik şəhərində olmuşdur.
Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən dəstəklənən layihə respublikanın bütün regionlarında 12 min gənci əhatə edir.
GTMŞ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki,
Lerik şəhərindəki 1 nömrəli orta məktəbdə keçirilən rayon turunun açılışında Milli Şuranın regionlarla iş üzrə departamentinin katibi Ziya Ağayev kampaniyanın məqsədi barədə gənclərə məlumat vermişdir. Bildirmişdir ki, burada əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün qorunması, gənclərimizin coğrafi biliklərinin artırılmasıdır.
Daha sonra gənclərin iştirakı ilə keçirilən yarışmada onlar həm keçməcəli xəritə üzərində, həm də www.miras.az saytına daxil olmaqla, Azərbaycanın xəritəsini yığmışlar. Bu seçim turunda da iki gənc respublika turuna vəsiqə qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]