Vidadi Məmmədzadə: Ermənistanın mina terroru nəticəsində zərər çəkənlərin çoxu mülki şəxslərdir
Şuşa, 19 dekabr, Elmir Səftərov, AZƏRTAC
Aksiyada iştirak etməyimizin məqsədi xalqımıza mənəvi dəstək olmaqdır. Bu gün biz, bu aksiyada minə qurbanları kimi iştirak edirik.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ermənistanın mina terroru nəticəsində zərər çəkən Vidadi Məmmədzadə söyləyib.
O qeyd edib ki, Qarabağdakı separatçı rejim hələ də ərazilərimizi minalamağa davam edir. Onlar Azərbaycan torpaqlarından çıxarılmalı, mina terroruna son qoyulmalıdır.
“Azərbaycanın təbii sərvətləri qanunsuz olaraq istismar edilir. Bu aksiya vasitəsilə tələb edirik ki, Azərbaycanın təbii resurslarının talanmasına son qoyulsun. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra iki yüzdən çox Azərbaycan vətəndaşı qarşı tərəfin mina terrorunun qurbanı olub. Onların böyük əksəriyyəti isə mülki vətəndaşlarımızdır. Bu o deməkdir ki, Ermənistan hələ də Azərbaycana qarşı düşmənçilik edir",- deyə Vidadi Məmmədzadə vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]