“Virtual məktəb”də yanvar ayı üzrə statistik göstəricilər
Bakı, 9 fevral, AZƏRTAC
Müəllim və şagirdlər ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”də tədrisin keyfiyyətli təşkilini, interaktivliyini və fasiləsizliyini təmin edən imkanlardan faydalanmaqdadırlar.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2021-ci il yanvar ayı üzrə statistik göstəricilərə əsasən, platformada ev tapşırığı və qiymətləndirmə modulundan istifadə edənlər ümumilikdə 1 milyon 14 min 743, platformanı Azərbaycan dilində istifadə edənlər 830 min 159, dərslərdə rəqəmsal lövhədən istifadə edənlər 201 min 771, e-poçt xidmətindən istifadə edənlər 343 min 764, e-saxlanc xidmətindən istifadə edənlər isə 224 min 459 nəfər olub. Bu dövr ərzində ofis proqramları üzrə “Word” proqramından 132 min 900, “Excel” proqramından 30 min 627, “PowerPoint” proqramından isə 65 min 233 nəfər istifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]
Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb
- 05.10.2026 [18:01]
Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir
- 05.10.2026 [17:36]
III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib
- 05.10.2026 [17:27]
“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu
- 05.10.2026 [17:16]