VLADİMİR KLİÇKO SULTAN İBRAHİMOVA QALİB GƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, İBF versiyası üzrə superağır çəkidə dünya çempionu Vladimir Kliçko 1999-cu ildən ilk birləşmiş döyüşdə WBO versiyası üzrə çempion Sultan İbrahimova qalib gəlmişdir.
12 raundluq döyüş taktiki mübarizədə keçmiş və o qədər də baxımlı olmamışdır.
Ukraynalı təşəbbüsü ələ almış və boyca rusiyalıdan üstün olmasından istifadə etmişdir. İbrahimov birinci raundda bir qədər yaxşı təsir bağışlamış, lakin sonra uduzmağa başlamışdır. Kiçik Kliçko əsasən sol əli ilə işləyir, rəqibin hücumlarının öhdəsindən inamla gəlirdi. Rusiyalı altıncı raundu çox fəal keçirmiş, sonra isə geriləməyə başlamışdır.
Tez-tez sağdan hücuma keçməyə başlayan ukraynalı səkkizinci raundda rəqibini güclü sol xukla sarsıtmışdır. Döyüşün sonunda da ukraynalı daha üstün olmuş və hakimlər onu 119-110, 118-110, 117-111 hesabı ilə qalib saymışlar.
İndi kiçik Kliçkonun hesabında üç məğlubiyyət və 50 qələbə var, İbrahimov isə (22 qələbə) peşəkar rinqdə ilk dəfə uduzmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]