“Vladimir Putinlə ilin yekunları” proqramı start götürüb
Moskva, 14 dekabr, AZƏRTAC
Rusiyada “Vladimir Putinlə ilin yekunları” proqramı başlayıb.
AZƏRTAC xəbər verir ki, bu il “Vladimir Putinlə ilin yekunları” proqramı ənənəvi birbaşa bağlantı və böyük mətbuat konfransını özündə birləşdirib. İlk dəfə belə format 2021-ci ildə tətbiq olunub.
Rusiya Prezidenti canlı yayımda 2023-cü ilə yekun vuracaq, jurnalistlərin və əhalinin suallarını cavablandıracaq.
Qeyd edək ki, V.Putinin ilk böyük mətbuat konfransı 2001-ci ildə təşkil olunub. Ötən dövr ərzində o, 17 dəfə illik yekun mətbuat konfransında iştirak edib.
Xatırladaq ki, Vladimir Putin Rusiyada 2024-cü ilin martında keçiriləcək prezident seçkilərində iştirakını təsdiqləyib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]
Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib
- 07.10.2026 [11:40]