V.N.RƏHİMOVUN ZAQATALA RAYON İCRA HAKİMİYYƏTİBAŞÇISI VƏZİFƏSİNDƏN AZAD EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI
1. “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 may tarixli 806 nömrəli və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 oktyabr tarixli 1062 nömrəli Sərəncamlarının müddəalarının yerinə yetirilməməsinə və cari il noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilər zamanı səslərin hesablanması prosesinə müdaxilə etdiyinə görə Vaqif Nəzir oğlu Rəhimov Zaqatala Rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 14 noyabr 2005-ci il.