“Volkswagen” tarixində ilk dəfə Almaniyadakı zavodunu bağlayacaq
Bakı, 15 dekabr, AZƏRTAC
“Volkswagen” tarixində ilk dəfə Almaniyada yerləşən avtomobil zavodunu bağlayacaq.
AZƏRTAC xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, çərşənbə axşamı “Volkswagen” konserninin Drezdendəki zavodunda avtomobil istehsalı dayandırılacaq. Buna səbəb Çində və Avropada satışların azalması, həmçinin ABŞ tərəfindən tətbiq olunan idxal rüsumlarıdır.
“Bernstein” analitika şirkətinin eksperti Stiven Reytmanın sözlərinə görə, “Volkswagen” xərclərin azaldılması və əməliyyat mənfəətinin artırılması istiqamətində addımlar atır. Zavodun bağlanması Almaniyada şirkətin 35 min işçisinin ixtisarını nəzərdə tutan proqram çərçivəsində həyata keçirilir.
Qeyd olunur ki, 2002-ci ildən bəri zavodda təxminən 200 min avtomobil buraxılıb. Bu da konsernin Volfsburq şəhərindəki əsas müəssisəsinin illik istehsal həcminin yarısından da azdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]