Volodimir Zelenski: Ukraynaya müdafiə təchizatı üçün yeni təkan lazımdır
Kiyev, 27 noyabr, AZƏRTAC
“Ukraynaya müdafiə təchizatı üçün yeni təkan lazımdır”.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş komandanı Oleksandr Sırski ilə görüşdən sonra xalqa axşam videomüraciətində bildirib.
Zelenski vurğulayıb ki, Ukrayna yeni təkanı dekabrda təmin etməlidir.
“Bu gün Baş komandan Sirskinin məruzəsini dinlədim. Prioritetlər göz qabağındadır. Cəbhədəki prioretetlərimiz Pokrovsk, Kuraxova, həmçinin Kursk əməliyyatıdır. Tərəfdaşların dəstək paketi yüksək qiymətləndirildi. Kifayət qədər vaxtında həyata keçirilib. Elan olunanların həcminin bizim razılaşmalarımıza və ehtiyaclarımıza cavab verməsi vacibdir”, - deyə Zelenski bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]