“#VspomniPobedu” adlı beynəlxalq aksiyaya start verilib
Bakı, 11 aprel, AZƏRTAC
Bakıdakı Rus Evində (RİMM) 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbə gününə həsr olunmuş “#VspomniPobedu” adlı aksiyaya start verilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində bütün iştirakçılara böyük Qələbəyə, müharibə və əmək veteranlarına həsr olunmuş mahnı və şeiri yazmaq, onları feysbuk və digər sosial şəbəkələrdəki səhifələrində dərc etmək təklif olunur. Hər bir dərc edilmiş materialın altında #VspomniPobedu” həştəqi qeyd edilməlidir.
Aksiyanın beynəlxalq miqyası, zaman və coğrafi sərhədlərə malik olmadığı qeyd olunur.