Vüqar Əliyev: Türk Xəbər Agentlikləri Alyansı Türk dünyası xəbərlərinin toplandığı struktur rolunu oynamalıdır
Şuşa, 21 iyul, H.Əhmədov, L.Muradzadə, AZƏRTAC
Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə komitəsinin ilk iclası Türk dünyasının media sahəsində tarixi iz qoyacaq hadisələrdən biridir.
Bu sözləri Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin 1-ci iclasında çıxışı zamanı deyib.
Vüqar Əliyev qeyd edib: “Türk dövlətləri arasında bütün sahələrdə sıx əməkdaşlığın şahidiyik. İnformasiya sahəsində də əlaqələr genişlənir, bir sıra birgə layihələr həyata keçirilir. Ötən ilin noyabrında İstanbulda Türk Xəbər Agentlikləri Alyansının yaradılması da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Aparıcı xəbər agentlikləri olaraq biz informasiya sahəsində ölkələrimiz haqqında daha dəqiq və operativ informasiya məkanı formalaşdıra bilərik”.
İclasda iştirak edən hər bir agentliyin bir-biri ilə ikitərəfli qaydada əməkdaşlıq etdiyini vurğulayan İdarə Heyətinin sədri bildirib: “Bununla belə, ATNA Türk dünyası xəbərlərinin toplandığı, ümumi fəaliyyətlərimizin koordinasiya olunduğu, birgə layihələrin hazırlandığı bir struktur rolunu oynamalıdır ki, bizim informasiya sahəsində birgə səylərimiz ölkələrimizin daha da yaxınlaşmasına xidmət etsin”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]