Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir

Vüqar Rəhimzadə: Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir

Bakı, 31 avqust, AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən 31 il ötür. İllər keçdikcə bu tarixin ölkəmizin həyatında xüsusi yeri daha aydın görünür. Dahi şəxsiyyətin Sədr seçildiyi bu gün təkcə muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın xilası kimi tarixə yazılıb.

Bu fikirlərin o dövrün reallıqlarını tamamilə əks etdirdiyinə əmin olmaq üçün həmin illərdə görülən işlərin, atılan addımların, qəbul edilən qərarların xronologiyasına diqqət yetirmək kifayətdir. 1990-cı ildə sovet imperiyasının törətdiyi 20 Yanvar hadisələrinə münasibət bildirən Ulu Öndərin Azərbaycanın Moskvadakı nümayəndəliyində verdiyi bəyanatı vətəndaşlıq borcu, kommunist rejiminə qarşı etiraz, siyasi qətiyyət adlandıran Prezident İlham Əliyev müdrik siyasətçi Heydər Əliyevin Naxçıvandakı fəaliyyətini Azərbaycanın müstəqilliyə gedən yolunun başlanğıcı adlandırır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi. Bu bayraq Naxçıvan Muxtar Respublikasında 1990-cı il noyabrın 17-də, Azərbaycanda isə 1991-ci il fevralın 5-də qaldırıldı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə ümummilli lider Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsindən ötən 31 ili təhlil edərkən söyləyib.

Vüqar Rəhimzadə bu məqamı da xüsusi vurğulayıb ki, həmin illər muxtar respublikanın həyatında yeni dövrün başlanması kimi xarakterizə edilsə də, Azərbaycan o illərdə çox çətin günlərini yaşayırdı. Müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illərdə yaşadıqları hər kəsə məlumdur və tariximizin qara səhifəsi kimi xarakterizə olunur. O vaxt Azərbaycanda hakimiyyəti silah gücünə zəbt edən AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Bu qaragüruhun antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq, hakimiyyət hərisliyi nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü. Qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzir, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq ümidini özünün əbədi lideri ulu öndər Heydər Əliyevə bağlamışdı.

Ümummilli lider Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinin çox zəngin, ağır və eyni zamanda, şərəfli bir dövrü əhatə etdiyini söyləyən YAP Xətai rayon təşkilatının sədri deyib: “Uzaqgörən siyasi xadimin Naxçıvandakı fəaliyyəti sonralar Azərbaycanın müstəqilliyinin bərpa edilməsində əsas rol oynamışdır. Ulu Öndərin Naxçıvanda çalışarkən xalq və dövlət qarşısında ən böyük xidmətlərindən biri insanlarda milli təfəkkür və milli məfkurənin formalaşdırılması idi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malik hadisə oldu. Blokada şəraitində yaşayan muxtar respublikanın inkişafının və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də bu bölgənin gələcək tərəqqisi istiqamətində mühüm addımlar atıldı. Belə ki, qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi, hər iki ölkədən muxtar respublikaya ərzaq, sənaye malları, ən başlıcası isə enerji verildi. Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi üçün “Ümid” körpüsü salındı. O vaxtlar paytaxt Bakı ilə yeganə nəqliyyat yolu hava limanı idi. Bakıda Naxçıvan nümayəndəliyi yaradıldı. Həmin illərin ən mühüm tarixi hadisələrindən biri bu gün milyonların partiyasına çevrilən, sıralarında 800 minə yaxın üzvü birləşdirən, yaxın zamanlarda 30 illik yubileyini qeyd edəcək Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə yeni partiyanın yaradılması ilə bağlı ünvanladıqları “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti, eyni zamanda, ulu öndər Heydər Əliyevin bu müraciətə “Yeni müstəqil Azərbaycan uğrunda” cavabı həmin dövrün aydın mənzərəsini əks etdirir. Məhz yaranması Azərbaycanın ən çətin və mürəkkəb tarixi dövrünə təsadüf edən Yeni Azərbaycan Partiyası ötən bu illər ərzində tutduğu yola sadiqlik nümayiş etdirərək Heydər Əliyev ideyalarının fəal təbliğatçısı funksiyasını şərəflə yerinə yetirir. YAP müxalifət partiyası kimi yaradılsa da, heç zaman dövlətə, dövlətçiliyə müxalifətdə olmamışdır. Dünya praktikasında belə bir məqama rast gəlinməyib ki, hansısa partiya yaranmasından keçən çox qısa müddət ərzində iqtidar partiyasına çevrilsin. Yeni Azərbaycan Partiyası məhz belə istisnalara malik olan yeganə partiyadır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra nəinki ölkəmizin, eyni zamanda, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin əsası qoyuldu”.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz xidmətlərinin miqyasını bir yazı çərçivəsində əhatə etməyin mümkünsüzlüyünü önə çəkən Vüqar Rəhimzadə əlavə edib: “Bugünkü Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycandır. İstər ölkəmizdə hakimiyyətinin hər iki dövründə, istərsə də fəaliyyətinin Naxçıvan mərhələsində atdığı hər bir addımın təməlində Azərbaycanın müstəqil gələcəyi, xalqımızın azad, firavan həyatı dayanırdı. Azərbaycanı qüdrətli, zəngin, qalib ölkə kimi görmək dahi liderin ən böyük arzusu idi. O, bu arzunun xeyli hissəsini 1993-2003-cü illərdə müstəqil Azərbaycan dövlətinə rəhbərlik edərkən atdığı addımlar, düşünülmüş və məqsədyönlü siyasəti ilə reallığa çevirdi. Bu faktları qeyd etmək kifayətdir ki, Ümummilli Liderin müəllifi olduğu yeni neft strategiyası Azərbaycana böyük uğurlar qazandırıb. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi nüfuz sahibi olub. Dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb. Demokratik dəyərlərə sözdə deyil, əməldə sadiq olan ölkə kimi tanınır. Ən əsası sözünün imzası qədər dəyəri olduğunu dünyada cərəyan edən proseslərə təsir imkanları ilə təsdiqləyir. Çünki Azərbaycanın xarici siyasəti ədalətə və beynəlxalq hüquqa, eyni zamanda, heç bir dövlətin daxili işinə müdaxilə etməməyə əsaslanır. Həmçinin öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Bu fikir ən yüksək tribunalardan bəyan edilir ki, heç bir qüvvə Azərbaycan xalqının siyasi iradəsinə təsir etmək imkanında deyil. Həmçinin heç kim Azərbaycanla diktat dilində danışa bilməz. Azərbaycan siyasətində müstəqil olduğunu hər bir addımında dünyaya nümayiş etdirir. Məhz uğurlu, düşünülmüş və məqsədyönlü siyasətin qısa zamanda öz nəticəsini verəcəyinə əminlikdən irəli gəlirdi ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan zaman Azərbaycanın bu çətinlikləri arxada qoyacağını, hər kəsin belə qüdrətli, güclü dövlətin vətəndaşı olması ilə fəxr edəcəyini bildirmişdi. Azərbaycan çox qısa zamanda Ümummilli Liderin qarşıya qoyduğu məqsədə yüksək səviyyədə nail olaraq dünyaya Günəş kimi doğdu”.

YAP Xətai rayon təşkilatının sədri ötən 31 ilin reallıqlarından biri kimi 2003-cü ildə ulu öndər Heydər Əliyevin xalqa müraciətində etimadın növbəti ünvanını göstərməsi oldu. Ümummilli Lider bildirdi ki, başa çatdıra bilmədiyi layihələri, işləri xalqın dəstəyi ilə Prezident İlham Əliyev həyata keçirəcək. Dahi Lider Ona Özü qədər inandığını bildirdi. Həmin müraciətdə etimadın ünvanı kimi Yeni Azərbaycan Partiyası da göstərilmişdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin reallıqları fonunda yeni tərkibini formalaşdırmaqla, mühüm qərarlar qəbul etməklə gələcəyə doğru böyük inamla addımlayır. Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın ötən ilin martında tarixi Zəfərimizin yaratdığı yeni reallıqların fonunda keçirilən VII qurultayında bir daha bu əminliyi ifadə etdi ki, YAP bundan sonra da ölkədə gedən bütün proseslərin mərkəzində olacaq.

Azərbaycanın 2003-cü ildən bu günədək keçdiyi inkişaf yoluna nəzər salan Vüqar Rəhimzadə bu uğurların zirvəsində dayanan tarixi Zəfərimizi keçilən yolun aydın mənzərəsi kimi təqdim edib: “Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində Qələbə qazanıb dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Azərbaycanı qalib, ərazi bütövlüyünü təmin edən ölkə kimi görmək Ulu Öndərin ən böyük arzusu idi. Məhz buna görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirmişdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

YAP Xətai rayon təşkilatının sədri bu məqamı da xüsusi qeyd edib ki, İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycanın qarşısında duran həllivacib məsələlərdən olan Zəngəzur dəhlizinin reallaşması da Ulu Öndərin ən böyük istəklərindən biri idi. “Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq”, - söyləyərək bu istiqamətdə mühüm addımlar atan Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin bu istəyini də reallığa çevirir.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. O deyib: “Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondu da uğurlu layihələri ilə Azərbaycanın hərtərəfli inkişafına öz töhfələrini verir. İşğaldan azad edilmiş ərazilərimizdə hazırkı dövr həyatın bərpası dövrüdür. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri, burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmaları hər birimizdə sonsuz qürur hissi doğurur və Milli prioritetlərin reallığa çevrilməsinə böyük əminlik yaradır. Artıq soydaşlarımızın Böyük Qayıdışı reallaşmaqdadır. Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 27-də Laçına qayıdışımızla bağlı paylaşımları özündə mühüm məqamları və çağırışları ehtiva edir. Heydər Əliyev yolunun uğurlarını yaşayan Azərbaycan bundan sonra da daha möhtəşəm hədəfləri reallığa çevirəcək, dünyanı heyrətləndirəcək, dünya azərbaycanlılarını qürurlandıracaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb

Ekspert: Bakının təşəbbüskar diplomatiyaya keçidi kifayət qədər ciddi strateji dəyişiklikdir

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı yazıçı Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü YENİLƏNİB

Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür VİDEO

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür VİDEO

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibertəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir