Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Ordu Gününü azad Kəlbəcərdə qeyd etmək böyük qürurdur

Vüqar Rəhimzadə: Ordu Gününü azad Kəlbəcərdə qeyd etmək böyük qürurdur

Bakı, 28 iyun, AZƏRTAC

Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından ötən ilyarımdan artıq müddətdə hadisələrin xronologiyasına diqqət yetirsək dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərlərinin, həmçinin hər bir tarixi günü, bayramı bu torpaqlarımızda qeyd etdiyinin şahidi olarıq. Öz tarixi sahibinə qovuşan torpaqlarımızı ziyarət etmək, bu ərazilərin sakinləri ilə 28 illik işğal dövründə bütün çətinliklərə baxmayaraq milli kimliyimizi, qürurumuzu qorumaları barədə fikirlərini bölüşməkdən sevincli nə ola bilər? Ölkə Prezidenti İlham Əliyev növbəti dəfə 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü işğaldan azad edilmiş torpaqlarımızda qeyd etdi, tarixi Zəfərimizi şərtləndirən amilləri, postmünaqişə dövrünün reallıqlarını bu məkanlardan bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı. Ali Baş Komandanın qalib Sərkərdə kimi bu ərazilərə səfərləri xarici mətbuatda da geniş şərh olunur. Bu fikir xüsusi vurğulanır ki, hər bir sahədə təcrübəsi nümunə olan Azərbaycanın müharibə taktikası dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblərində hərbi dərsliklərə salınaraq öyrənilir. Bu, Azərbaycan xalqının öz doğma torpağına bağlılığını nümayiş etdirməklə yanaşı, dövlətimizin texnoloji proseslərə verdiyi önəmi də açıqlayır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

O qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri, bu zaman Böyük Qayıdışa xidmət edən biri-birindən əhəmiyyətli infrastruktur və sosial obyektlərin təməlqoyma və açılış mərasimində iştirakı diqqəti xüsusilə cəlb edir. Ölkə Prezidenti Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış oldu. Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak etdi. Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kilovoltluq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış oldu. Dövlət başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edildi. Prezident İlham Əliyev, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış oldu. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlandığı gündən dövlət başçısı İlham Əliyev aidiyyəti qurumların qarşısında bu mühüm vəzifəni qoydu ki, bütün işlər Baş plan əsasında həyata keçiriləcək. Baş plandan kənar hansısa bir iş görülməyəcək. Ona görə ki, həmin Baş planda şəhərin müasirliyinin qədimliyi ilə vəhdətini qorumağa xidmət edən bütün addımlar öz əksini tapıb. Qeyd olunan səfər çərçivəsində dövlətimizin başçısı İlham Əliyevə Kəlbəcər şəhərinin Baş planı təqdim edildi. Həmçinin Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməli qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev işğaldan azad edilmiş bütün ərazilərdə İşğal və Zəfər muzeylərinin yaradılmasını prioritet məsələ kimi qarşıya qoyub. Məqsəd həm işğal , həm də Zəfər dövrünün reallıqlarını ölkə ictimaiyyətinə, eyni zamanda, bu ərazilərə gələn xarici qonaqlara çatdırmaqdır.

Dövlətimizin başçısının qeyd olunan səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi obyektlərin say tərkibinin hər kəsi heyrətləndirəcək səviyyədə olduğunu önə çəkən YAP Xətai rayon təşkilatının sədri diqqəti Kəlbəcərdə yeni yaradılmış komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nitqində yer alan mesajlara yönəldib: “Dövlətimizin başçısı bir daha bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, bu gün Silahlı Qüvvələr Gününü müzəffər xalq, qalib ölkə kimi qeyd edirik. Bu günü yaşamağımız üçün təbii ki, güclənməli, qüdrətlənməli idik. Çünki bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir. Haqq-ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, 30 illik işğal dövründə işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” demədi. Azərbaycan tarixi Zəfəri ilə dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. İqtisadi müstəqilliyini təmin edən ölkəmiz beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi. Qələbəmizi şərtləndirən amillər sırasında Azərbaycan gəncliyinin vətənpərvərliyi, torpağa sevgisi əsas yer tutur. Dövlət başçısı İlham Əliyev sözügedən nitqində bu məqamı xüsusi qeyd etdi ki, bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər”.

Vüqar Rəhimzadə Azərbaycan Ordusunun gücündən, Ermənistan silahlı qüvvələrini diz çökdürməsindən, işğalçı dövlətin kapitulyasiya aktına imza atmasından geniş bəhs edərək bildirib ki, Müzəffər Ali Baş Komandanın Ordu Günündə bir güllə belə atılmadan azad edilən Kəlbəcər və Laçın rayonlarına səfər etməsi bir daha yağı düşmənə verilən göz dağıdır. “2020-ci il 10 noyabr tarixli Bəyanatda Kəlbəcərin, Ağdamın və Laçının nəzərdə tutulan vaxtda boşaldılması əksini tapmışdı. Kəlbəcər üçün həmin vaxt 15 noyabr tarixinə nəzərdə tutulmuşdu. Lakin ermənilər vaxt məhdudiyyətini önə çəkərək Rusiyanın vasitəsilə Azərbaycan tərəfindən əlavə 10 gün möhlət istədi və noyabrın 25-də Kəlbəcər boşaldıldı. Amma Kəlbəcərin necə boşaldıldığını, düşmənin bu tarixi ərazimizdə törətdiyi vandalizm aktlarını, ekoloji terroru dünya da gördü. Apardıqlarını apardılar, apara bilmədiklərini, o cümlədən evləri, ağacları yandırdılar. Azərbaycan öz humanistliyini göstərib onlara əlavə 10 gün vaxt verdi. Ermənilər isə bunun qarşılığında öz xislətlərini, vəhşiliklərini ortaya qoydular”, - deyə YAP Xətai rayon təşkilatının sədri vurğulayıb.

Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürurlu olduğunu qeyd edən Vüqar Rəhimzadə deyib: “Torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri günləri qeyd edirik. Keçmişlə deyil, gələcəklə yaşayıb çağdaş tariximizdə yeni səhifə açmaqla işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinin miqyasını genişləndiririk. Dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Onlar hesab edirdilər ki, orduları məğlubedilməzdir. Göstərdik ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməz. Həmçinin qeyd edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt hərbi yolla ala bilməz. İllərdir qurduqları istehkamlar, eyni zamanda, bu bölgənin coğrafiyası onlarda bu qənaətin yaranmasına əsas verirdi. Lakin rəşadətli Azərbaycan Ordusu bu mifi də dağıtdı və sübut olundu ki, sarsılmaz iradə, xalq-iqtidar birliyi, ordunun vətənpərvərliyi olan yerdə heç kim Azərbaycan Ordusunun qarşısında dayana bilməz. Prezident İlham Əliyev Kəlbəcərdən bir daha bu mesajı ünvanladı ki, əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir. “Dəmir yumruq” yerindədir. Azərbaycan postmünaqişə dövrünün reallıqlarının hamı tərəfindən qəbul edilməsini istəyir. Dünyanın əksər gücləri artıq bu reallıqları qəbul edib və fəaliyyətlərini də bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir”.

V.Rəhimzadə bildirib ki, bu gün azad Kəlbəcərdə Ordu Gününü qeyd etməkdən sonsuz qürur hissi keçiririk. Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə böyük bayram ab-havası yaşanır. Bu torpaqlara həyatın yenidən qayıtması, ən əsası bütün ərazilərin müasir tələblər səviyyəsində qurulması hər kəsdə böyük ruh yüksəkliyi yaradır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, Qarabağ hər zaman- işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də Azərbaycan torpağı olub və hər zaman olacaq. Qarabağ Azərbaycandır!

Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza hər səfərinin qürurverici məqamlarla zəngin olduğunu önə çəkən YAP Xətai rayon təşkilatının sədri deyib: “Artıq Böyük Qayıdışın ilk addımlarını gözləyirik. Prezident İlham Əliyev istər Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsindəki nitqlərində, istərsə də iyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxışı zamanı həm paytaxt Bakının, həm də hazırda bərpa-quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş ərazilərimizin timsalında müasirliklə qədimliyin sintezinin yaradılmasını əsaslı şəkildə diqqətə çatdırdı. Bir daha bu əminlik ifadə edildi ki, istədiyimizə nail olacaq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb