Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: YAP-ın 30 illik tarixinin hər səhifəsini bu gün qürurla vərəqləyirik

Vüqar Rəhimzadə: YAP-ın 30 illik tarixinin hər səhifəsini bu gün qürurla vərəqləyirik

Bakı, 22 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) təsis olunmasının 30 illiyini təntənə ilə qeyd etdi. Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin tədbirdəki proqram xarakterli, dərin məzmunlu nitqi 30 illik çətin və şərəfli yolun, bu fonda perspektivlərin təqdimatı oldu. Yeni Azərbaycan Partiyasının hansı şəraitdə yarandığını, bütün çətinlikləri tutduğu yola sadiqliyi ilə dəf etməsini xatırlamaqla bugünkü inkişafının böyük səylərin, qətiyyətin nəticəsi olduğunu böyük əminliklə qeydə edə bilərik. YAP xalqın partiyasıdır. Çünki partiyanın sıralarında bütün kateqoriyadan olan insanlar təmsil olunur. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı partiyada təmsil olunan hər kəs bu yenilməz siyasi qüvvənin adında ehtiva etdiyi məqamları önə çəkərək daim müasir müstəqil Azərbaycanın davamlı uğurlara imza atmasına dəstək olmaq üçün səy göstərir.

Prezident, YAP Sədri İlham Əliyev partiyamızın yaranmasının 30 illiyinə həsr olunmuş təntənəli mərasimdə qeyd etdi ki, partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan çətin günlər yaşayırdı. Müstəqilliyimizin bərpasının cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmiş, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdi. Belə bir vəziyyətdə Azərbaycanın vətənpərvər, ölkənin gələcəyini düşünən insanları nicat yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdülər. Onlar məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirildi. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 550 nümayəndənin iştirakı və burada qəbul olunan tarixi qərarlar ölkəmizin həyatında yeni səhifənin açılmasına gətirib çıxardı. Bu mühüm addımın atılmasından 7 ay sonra YAP iqtidar partiyasına çevrildi.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. Ölkəmizin siyasi mənzərəsi tamamilə dəyişdi. Azərbaycan yenidən quruldu, dövlətçiliyin əsasları yaradıldı. Ən əsası dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, tariximizin qara səhifəsi bağlandı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında söyləyib.

Prezident İlham Əliyevin proqram xarakterli nitqində ehtiva olunan çağırışlardan geniş bəhs edən Vüqar Rəhimzadə bildirib: “Azərbaycanın bütün sahələrdə malik olduğu imkanlar, eyni zamanda, hər bir işin sistemli şəkildə həyata keçirilməsi hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Ulu öndər Heydər Əliyev dühasından yaranan YAP-ın 30 illik tarixinin hər səhifəsini bu gün qürurla vərəqləyirik. Azərbaycanın bu illər ərzində böyük inkişaf yolu keçdiyini hər bir sahədə təcrübəsinin nümunə olduğunu, sözü ilə imzası arasında heç bir fərqin olmadığını bildirən dövlətimizin başçısı İlham Əliyev bu uğurlarla bərabər, onu əlavə etdi ki, bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə, bütün bunlar gündəlikdə duran məsələlərdir. Ölkə Prezidenti bu əminliyi ifadə etdi ki, bu gün aparılan iqtisadi islahatlar - strateji xətt üzrə aparılan islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün ölkəmizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq.

Hər bir ölkənin inkişafında iqtisadi müstəqilliyin rolu inkaredilməzdir. İqtisadi cəhətdən başqasından asılı olan ölkələr müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkirlər. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında bu məqam hər zaman önə çəkilir. Ölkə Prezidenti sözügedən nitqində də iqtisadi amilin müstəqil siyasətdə roluna diqqəti yönəldərək bildirdi ki, hər zaman siyasətimizin ancaq xalqımızın iradəsini əks etdirməsini istəyirdik. İstəyirdik ki, heç bir kənar qüvvə iradəmizə təsir edə bilməsin. İqtisadi güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin təməlidir. Ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq edilir”.

YAP Xətai rayon təşkilatının sədri diqqəti 2003-cü ildən bu günədək Azərbaycanın qazandığı uğurlara yönəldərək bildirib ki, Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, Ulu Öndərin şəxsiyyətinə dərin hörmətini ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. İlham Əliyev Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində bu vədini açıqladı ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 19 ilin hadisələri göstərir ki, belə də oldu. Ulu Öndərin bütün tapşırıqları, tövsiyələri yerinə yetirildi. Yeganə həll olunmamış məsələ Qarabağ münaqişəsi idi. Ulu öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də müraciətində axıra çatdıra bilmədiyi taleyüklü məsələlərdən bəhs edərkən sözsüz ki, Qarabağ məsələsini nəzərdə tuturdu. Bunun üçün Azərbaycan gücləndi, Ordumuz Qələbəyə hazırlandı, məsələnin həlli üçün möhkəm hüquqi baza formalaşdı. İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların, birliyimizin, həmrəyliyimizin təqdimatı oldu. 8 Noyabr tarixi xalqımızın yaddaşında əbədi olacaq. Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi həmin gün dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü kimi təsis olundu. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Torpaqlarımızın işğaldan azad edilməsi ilə ulu öndər Heydər Əliyevin sonuncu vəsiyyəti də yerinə yetirildi.

“Artıq işğalçılardan təmizlənmiş torpaqlarda bərpa-quruculuq işləri geniş vüsət alıb. Qarabağın və Şərqi Zəngəzurun cənnətə çevrilməsi hər bir azərbaycanlını qürurlandırır. Böyük Qayıdış proqramı davamlı şəkildə icra edilir. Dövlətimizin başçısı İlham Əliyevin çağırışlarla zəngin nitqi 30 ilin uğurlarının növbəti illər üçün möhkəm baza olduğunu təsdiqləyir”, - deyən Vüqar Rəhimzadə fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib