Vüqar Süleymanov: Ümid edirəm ki, ANAMA və AFFA arasında əməkdaşlıq uğurlu olacaq
Bakı, 3 aprel, AZƏRTAC
Bildiyiniz kimi, 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günüdür. Bu gün ərəfəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında anlaşma memorandumu imzalanıb. Anlaşma memorandumun imzalanmasında əsas məqsəd maarifləndirmə, mina təhlükəsizliyi ilə mübarizə tədbirlərində futbolun potensialından istifadə etmək, bunu təşviq etmək, həmçinin AFFA ilə birlikdə ANAMA minadan zərərçəkən amputantların komandalarının yaradılması və onların sosial reabilitasiyasına dəstək olmaqdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
“Ümid edirəm ki ANAMA və AFFA arasında olan əməkdaşlıq uğurlu olacaq. Bu gün, həmçinin amputant komandaları arasında oyun keçiriləcək”, - deyə V.Süleymanov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:40]
Beynəlxalq Türk Akademiyası elmi layihələrini təqdim edib
- 05.06.2026 [15:21]
Baş prokuror Şəmkir rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [14:34]