Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyanada Azərbaycan poeziyası və ədəbi tərcümə sənətinə həsr olunmuş tədbir keçirilib VİDEO

Vyana, 23 yanvar, AZƏRTAC

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan poeziyası və ədəbi tərcümə sənətinə həsr olunmuş xüsusi tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq şairi, dramaturq və ədəbiyyatşünas Bəxtiyar Vahabzadənin ədəbi irsinə və Azərbaycan ədəbiyyatının alman dilinə tərcüməsində müstəsna xidmətləri olan Hanspeter Əhməd Şmidenin fəaliyyəti ön planda dayanıb.

İki əsas hissədən ibarət olan tədbirdə Bəxtiyar Vahabzadənin əsərlərindən ibarət kitabın təqdimatı və Azərbaycan dilindən alman dilinə ədəbi tərcümələr üzrə “Əhməd Şmide” mükafatının qaliblərinin təltifi baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova çıxışında qeyd edib ki, bu cür ədəbi-mədəni təşəbbüslər Azərbaycanla almandilli ölkələr arasında humanitar əlaqələrin və mədəni dialoqun inkişafında mühüm rol oynayır. O vurğulayıb ki, Bəxtiyar Vahabzadə yaradıcılığı milli kimlik, azadlıq, mədəni özünüdərk ideyalarını özündə birləşdirən zəngin mənəvi irsdir və bu irsin Avropa oxucusuna keyfiyyətli tərcümələrlə çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Diqqətə çatdırılıb ki, təqdim olunan “Azərbaycan oğluyam“ adlı kitabda B.Vahabzadə yaradıcılığına dair görkəmli tərcüməçi H.Ə.Şmide tərəfindən müxtəlif kitablarda işıq üzü görmüş tərcümələri, eləcə də Mixael Raynhard Hess və Yusif Savalanın tərcümələri toplanıb.

Tədbir çərçivəsində tanınmış türkoloq-alim Mixael Raynhard Hess Bəxtiyar Vahabzadənin yaradıcılığına dair məruzə ilə çıxış edib. Məruzəçi Bəxtiyar Vahabzadəni XX və XXI əsrin əvvəllərinin ən böyük Azərbaycan şairlərindən biri kimi xarakterizə edərək, onun poeziyasının milli birlik, azadlıq və mədəni özünütəsdiq ideyaları üzərində qurulduğunu bildirib.

M.R.Hess qeyd edib ki, Vahabzadənin yaradıcılığı yalnız poeziya ilə məhdudlaşmır, o, eyni zamanda, alim, publisist, ictimai xadim və siyasi fiqur kimi də fəaliyyət göstərib və bütün bu istiqamətlər vahid məqsədə – Azərbaycan xalqının milli kimliyinin qorunmasına və möhkəmləndirilməsinə xidmət edib. Məruzədə vurğulanıb ki, şairin əsərlərində Azərbaycan xalq ədəbiyyatını motivləri ilə müasir poetik formalar ustalıqla birləşdirilib.

Alim sovet dövründə yazılmış əsərlərə də toxunaraq bildirib ki, Bəxtiyar Vahabzadə həmin illərdə ideoloji senzura şəraitində belə, mətnlərində ikili məna, simvolika və tarixi reminissensiyalar vasitəsilə milli mövqeyini ifadə etməyə nail olub. Onun “Gülüstan” və “Təzadlar” kimi əsərlərinin Azərbaycan tarixindəki parçalanma, azadlıq və ədalət mövzularını dərin poetik dillə əks etdirdiyi diqqətə çatdırılıb.

Sonra B. Vahabzadənin “Gülüstan“ poemasından bir hissə şairin öz səsi ilə təqdim olunub, ardınca isə həmin parça M.R.Hessin alman dilinə tərcüməsində səsləndirilib.

Tədbirdə, həmçinin Azərbaycan ədəbiyyatının alman dilinə tanıdılmasında mühüm rol oynamış Hanspeter Əhməd Şmidenin həyat və yaradıcılığına geniş diqqət ayrılıb. Bildirilib ki, Azərbaycan ədəbiyyatının alman dilinə tərcüməsində xüsusi rola malik olan peşəkar tərcüməçi hələ gənc yaşlarında Azərbaycan ədəbiyyatına olan dərin maraq göstərib, elmi və ədəbi dairələrlə əlaqələr qurub, “Kitabi-Dədə Qorqud” dastanı, Azərbaycan poeziyası və folklor nümunələrinin alman oxucusuna çatdırılması istiqamətində gördüyü işlərdən danışıb. Onun Bəxtiyar Vahabzadə yaradıcılığına marağı hər ikisi arasında böyük bir dostluğa çevrilib.

Tədbirdə H.Ə.Şmidenin oğlu Həsən İnqo Şmide çıxış edərək, atasının Azərbaycana və ümumilikdə türk və İslam dünyasına olan maraq və sevgisindən danışıb. Hələ uşaq yaşlarında atasını Bakıya və Bəxtiyar Vahabzadənin Berlinə səfərlərinin canlı şahidi kimi xatirələrini bölüşən H.İ.Şmide ailə arxivinə aid fotolar təqdim edib. Təqdimatda görkəmli tərcüməçi və şərqşünas H.Ə.Şmidenin Azərbaycan ziyalıları ilə və eləcə də Bakı və Şəkiyə səfərləri zamanı çəkilmiş fotoları təqdim olunub. Həsən Şmide atasının yaradıcılığına göstərilən diqqətə görə təşəkkür edib və yeni kitab və tədqiqatlar sayəsində bu zəngin elmi-ədəbi irsin gələcək nəsillərə ötürüləcəyinə ümidvar olduğunu bildirib.

Ədəbi-bədii tədbirin əsas məqamlarından biri Azərbaycan dilindən alman dilinə ədəbi tərcümələr üzrə “Əhməd Şmide” mükafatının təqdimatı mərasimi olub. Bildirilib ki, bu mükafatın məqsədi tərcümə mədəniyyətini inkişaf etdirmək, Azərbaycan dilindən yüksəkkeyfiyyətli ədəbi tərcümələri təşviq etmək və Azərbaycanla almandilli ölkələr arasında ədəbi əlaqələri gücləndirməkdir.

Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Dillər Universitetinin dosenti, şair və tərcüməçi Yusif Savalan üçüncü yer (Xalq şairi Musa Yaqubun şeirlərinin tərcüməsinə görə), türkoloq-alim Mixael Raynhard Hess ikinci (gənc yazıçı Samirə Əşrəfin “Açılmayan çətir“ hekayəsinin tərcüməsinə görə) və Azərbaycan Dillər Universitetinin dosenti Nilufər Məmmədzadə birinci yerə (Əhməd bəy Ağaoğlunun “Mən kiməm?“ əsərinə görə) layiq görülüblər, qaliblərə fəxri diplomlar təqdim olunub.

Müsabiqəyə gələcək perspektivlərinə də toxunularaq qeyd edilib ki, iki ildən bir veriləcək mükafata təqdim olunacaq ən yaxşı tərcümələr gələcəkdə ayrıca kitab şəklində nəşr olunacaqdır. Müsabiqənin ilk buraxılışında bir sıra maraqlı tərcümələr diqqətçəkən olub, xüsusilə gənc tərcüməçi Rəşidə Əsgərlinin tərcüməsi (Süleyman Sani Axundovun hekayələri) münsiflər tərəfindən yüksək qiymətləndirilib.

Tədbir Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş musiqi əsərlərindən ibarət konsert proqramı ilə yekunlaşıb. Elza İbrahimova, Xəyyam Mirzəzadə və Emin Sabitoğlunun əsərləri Vyanada yaşayan musiqiçilər – pianoçu Abuzar Mənafzadə və vokalçı Fərhad Soltani tərəfindən ifa olunub.

Tədbir Azərbaycan ədəbiyyatının, ədəbi tərcümə sənətinin və mədəni diplomatiyanın beynəlxalq səviyyədə təşviqi baxımından iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

 

Vyanada Azərbaycan poeziyası və ədəbi tərcümə sənətinə həsr olunmuş tədbir keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq