“World Masters” turnirində reytinqə görə ən güclü 9 cüdoçumuz mübarizə aparacaq
Bakı, 23 dekabr, AZƏRTAC
Cüdoçularımızın gələn il ilk sınağı Qətərin paytaxtı Dohada olacaq.
AZƏRTAC xəbər verir ki, "World Masters" turnirində reytinqə görə ən güclü 9 idmançımız mübarizə aparacaq. Tokio Olimpiadasına lisenziya xalları verən mötəbər yarışda Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.
Qadın idmançılarımızdan isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və İrina Kindzerska (78 kiloqramdan yuxarı) çıxış edəcəklər.
Qızıl medal qazanan idmançı 1800 xal əldə edəcək. Qeyd edək ki, dünya çempionatında bu rəqəm 2000-ə bərabərdir. "World Masters" yarışında 51 ölkədən 261 cüdoçunun iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]