Xaçmazda qadın sahibkarların əl işlərinin satış-sərgisi təşkil olunub
Bakı, 1 iyun, AZƏRTAC
Bu gün Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) tərəfindən Xaçmaz rayonunda qadın sahibkarların əl işlərindən ibarət satış-sərgi təşkil edilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, “Xaçmaz KOB evi”nin qarşısındakı parkda keçirilmiş sərginin məqsədi müxtəlif əl işləri hazırlayan qadın sahibkarların məhsullarının satışına dəstək göstərməkdir.
Sərgidə Xaçmaz rayonundan olan 10-a yaxın qadın sahibkar tərəfindən hazırlanmış toxuma oyuncaqlar, müxtəlif aksesuarlar, sabunlar, dekorativ əşyalar və digər əl işləri nümayiş olunub.