Xaçmazda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək
Bakı, 13 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev iyulun 17-də Xaçmaz şəhərində 5 saylı Xaçmaz Ərazi İdarəsinin “Əmlak Xidmətləri Məkanı”nın inzibati binasında (ünvan: Xaçmaz şəhəri, Bakı prospekti 2E) vətəndaşlarla görüşəcək
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Xaçmaz rayonu ilə yanaşı, Quba, Qusar və Şabran rayonlarının sakinləri də iştirak edə bilərlər. Saat 11:00-dan etibarən keçiriləcək görüşdə vətəndaşlar daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, icarəyə verilməsi, hərraclarda iştirak, ünvan məsələləri və digər aidiyyəti fəaliyyət sahələri ilə bağlı müraciət edə bilərlər.
Görüşə yazılmaq üçün əlaqə vasitələri:
Tel: +99412 311 01 60 (daxili 1440), vatsap: +994515465887, elektron poçt ünvanı: [email protected] , ünvan AZ1029, Azərbaycan, Bakı, Heydər Əliyev pr., 139 Samir Salıfov.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi üzrə:
Tel: 055 4105535, elektron poçt ünvanı: [email protected]
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:01]
Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb
- 06.10.2026 [10:34]
Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO
- 05.10.2026 [23:06]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [22:54]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:41]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:26]