Xalq, dövlət və ordu birliyinin gücü reklam lövhələrində
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan xalqının mətin iradəsi, xalq, dövlət və ordu birliyinin gücü, eləcə də Ermənistanın növbəti təxribatına cavab olaraq Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar açıq məkandakı reklam qurğularında nümayiş olunur.
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ADRA-nın təşəbbüsü ilə yüzlərlə reklam lövhəsində belə qürurverici görüntülərin yayımı həyata keçirilir.
“Düşmənin məhv edilən döyüş texnikasını əks etdirən videolarla yanaşı, “Qarabağ Azərbaycandır!”, “Zəfər bizimdir!” və s. şüarları ilə yayımlanan plakatların hazırlanmasında və yayımlanmasında əməyi keçən hər bir şəxsə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi adından təşəkkürümüzü bildiririk,” - deyə məlumatda bildirilir.