Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin yanvarı

Bakı, 1 fevral, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

x x x

3 yanvar - Prezident Heydər Əliyev şahmat üzrə keçmiş dünya çempionu Anatoli Karpovu qəbul etdi.

5 yanvar - Azərbaycan pravoslav xristianlarını Milad bayramı münasibətilə təbrik etdi.

6 yanvar - Rusiya Baş nazirinin müavini Valeri Serovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

7 yanvar - Xalq şairi Qabilin 70 illiyi münasibətilə keçirilən gecədə nitq söylədi.

13-15 yanvar - Fransada rəsmi səfərdə oldu. Səfər çərçivəsində Fransa Prezidenti Jak Şirak, Parisin meri Jan Tiyeri, Milli Assambleyanın sədri Filipp Segen ilə görüşdü və digər görüşlər keçirdi. Azərbaycan Dövlət Neft Şirkəti ilə “Elf-Akiten” və “Total” şirkətləri arasında “Lənkəran-dəniz” və “Talış-dəniz” neft müqavilələrinin imzalanması mərasimində çıxış etdi, Fransa Beynəlxalq Münasibətlər İnstitutunda “Azərbaycan və Qafqaz XXI əsrin astanasında” mövzusunda mühazirə oxudu.

14 yanvar - Parisdə Fransa-Azərbaycan Ticarət-Sənaye palatasının açılış mərasimində çıxış etdi. Həmin gün “Frans-Press” agentliyinə, “TV-ARTE” televiziya kanalına, “Puan” jurnalına, “Ekspansion” jurnalına müsahibə verdi, Fransa-Azərbaycan sənədlərinin imzalanması mərasimində iştirak etdi, Fransa-Azərbaycan Ticarət-Sənaye palatasının təşkil etdiyi rəsmi qəbulda nitq söylədi.

15 yanvar - “Euronews”a, Fransanın “Tv-5” televiziya kanalına müsahibə verdi, bu ölkədə akkreditə olunmuş xarici jurnalistlərin suallarını cavablandırdı. Fransada yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşdü.

19 yanvar - Xəstəxanada müalicə olunan Xalq şairi Bəxtiyar Vahabzadəyə baş çəkdi.

20 yanvar - Şəhidlər xiyabanını ziyarət etdi. Respublika sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyaya baxdı, kompozisiyanı təqdim edən incəsənət ustaları ilə keçirilən görüşdə çıxış etdi.

21 yanvar - Hüquqi İslahatlar Komissiyasının növbəti iclasını keçirdi.

ABŞ-ın “Frontera Risorses” şirkəti idarə heyətinin sədri Uilyam Uaytı qəbul etdi.

25 yanvar - “Neftçi” İdman-Sağlamlıq mərkəzinin 60 illiyi və mərkəzin olimpiya qurğusunun açılış mərasimində nitq söylədi.

28 yanvar - Böyük Britaniyanın “Britiş Petroleum” və Norveçin “Statoil” şirkətlərinin vitse-prezidentləri Bayron Qroutu və Rolf Manqo Larseni qəbul etdi.

30 yanvar - Azərbaycan Respublikası Gömrük Komitəsinin yaradılmasının 5-ci ildönümünə həsr edilmiş yığıncaqda nitq söylədi.

Böyük Britaniyanın energetika naziri Lord Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

31 yanvar - Prezident sarayında Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və EA-nın aparıcı alimləri ilə görüşdü.

x x x

Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın dünyada tanıdılması, beynəlxalq aləmə inteqrasiyası, dünya ictimaiyyətinin Qarabağ həqiqətləri barədə məlumatlandırılması xüsusi önəm daşıyırdı. Ulu Öndər bu məqsədlə xarici ölkələrə çoxsaylı səfərlər edir, dövlət və hökumət başçıları, aparıcı şirkətlərin rəhbərləri ilə görüşlər keçirirdi. Bu baxımdan onun 1997-ci ilin yanvarında Fransaya rəsmi səfəri zəngin proqramı ilə seçilirdi.

Parisdə Prezident Jak Şirakla görüşən Heydər Əliyev bildirdi ki, Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə, beynəlxalq hüquqa məhəl qoymur, hərbi münaqişənin aradan qaldırılması üçün heç bir addım atmır. Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılmalı, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilməli, məcburi köçkünlər doğma yurdlarına qayıtmalıdırlar.

Avropa və Asiya arasında körpü rolunu oynayan, strateji nöqtədə yerləşən Azərbaycan coğrafi mövqeyinə görə bir sıra üstünlüklərə malikdir. Ümummilli Lider görüşlərində və apardığı danışıqlarda, beynəlxalq tribunalarda çıxışlarında Azərbaycanın həm Avropa, həm də Asiya üçün əhəmiyyətini diqqətə çatdırır, Dünya Birliyini bundan yararlanmağa çağırırdı. Vurğulayırdı ki, bunun üçün Qafqaz regionunda sabitlik yaradılmalı, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına son qoyulmalıdır. Heydər Əliyevin Fransa Beynəlxalq Münasibətlər İnstitutunda “Azərbaycan və Qafqaz XXI əsrin Astanasında” mövzusunda mühazirəsi bu baxımdan diqqət çəkir.

Sitat: Azərbaycanın təkcə Qafqaz üçün deyil, həm də Qafqazın hüdudlarından kənara çıxan region üçün böyük əhəmiyyəti var. Biz hesab edirik ki, Zaqafqaziya regionunda, - mən Azərbaycanı, Gürcüstanı və Ermənistanı nəzərdə tuturam, - sabitliyin, normal vəziyyətin olması bütün Qafqaz üçün, habelə Rusiya və Qafqazla qonşu olan digər ölkələr üçün mühüm amildir. Biz çalışırıq ki, mühüm amil kimi bu rolumuzu mümkün qədər yaxşı yerinə yetirək. Hesab edirəm ki, əgər Ermənistan-Azərbaycan münaqişəsini aradan qaldırmaq mümkün olarsa, bu, Qafqazda digər münaqişələrə də son qoyulmasına, burada sülhün və sabitliyin bərqərar olmasına gətirib çıxaracaqdır, bunun isə həm digər ölkələr, həm də ümumən Avropa üçün böyük əhəmiyyəti olacaqdır. Qafqazda sülhə, əmin-amanlığa, sabitliyə nail olmaq üçün biz öz tərəfimizdən hər şeyi edirik və bundan sonra da edəcəyik.

Ulu Öndər bütün xarici səfərləri zamanı Azərbaycan icmasının nümayəndələri ilə görüşür, onları doğma Vətən ətrafında sıx birləşməyə, həmrəyliyə səsləyirdi. Fransaya səfəri çərçivəsində də bu ölkədə yaşayan soydaşlarımızın bir qrupu ilə görüşdü və diasporumuzun qarşısında duran prioritet vəzifələrdən danışdı. Fransada ermənilərin böyük təsir gücünə malik olduğunu diqqətə çatdıraraq təəssüflə vurğuladı ki, təkcə burada yox, Rusiyada da, Amerikada da belədir. Eyni zamanda, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində dünya ölkələri ilə əlaqələrin əhəmiyyəti barədə fikirlərini səsləndirdi.

Sitat: Biz belə bir çətin şəraitdə dövlətimizin müstəqilliyini möhkəmləndiririk, inkişaf etdiririk. Ancaq indi dünyada vəziyyət belədir ki, heç bir ölkə tək yaşaya bilməz. Yaşamaq, inkişaf etmək üçün dünyanın bütün ölkələri ilə gərək əlaqə olsun.

Dünya ölkələri ilə əlaqələr yaratmaq üçün respublikamızda geniş imkanlar vardır. Çünki bizim neft yataqlarımıza dünyada maraq çox böyükdür. Məsələn, son iki ildə biz beş neft müqaviləsi imzalamışıq. Bu müqavilələrə görə Azərbaycanın neft sənayesinə 25-30 il müddətində təxminən 15 milyard Amerika dolları məbləğində sərmayə qoyulacaqdır. Bunlar hamısı ölkəmiz üçün böyük imkanlar yaradacaqdır. Şübhəsiz ki, biz bunların vasitəsilə Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya, İngiltərə və digər ölkələrlə münasibətləri daha da yaxşılaşdıracağıq. Azərbaycana olan hörmət, ehtiram artacaqdır. Azərbaycanı da sayacaqlar.

Ölkənin müharibə vəziyyətində yaşamasına, iqtisadi və sosial problemlərlə üzləşməsinə baxmayaraq Ulu Öndər elm və təhsil məsələlərini də diqqətdə saxlayırdı. Bu sahələrdəki vəziyyəti, problemləri dərindən öyrənərək prioritet istiqamətləri müəyyən etməyi ümdə vəzifə kimi qarşıya qoyurdu.

1997-ci il yanvarın 31-də Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və EA-nın aparıcı alimləri ilə görüş prioritetlərin konkret olaraq müəyyənləşdirilməsi baxımından səciyyəvidir. Ümummilli Lider müasir elm və təhsilimizi necə görmək istəyirdi? Onun görüşdəki çıxışında bu suala aydın cavablar var.

X X X

Heydər Əliyevin Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşündəki nitqindən

✔ Ümumi çətinliklər nə qədər çox olsa da, biz elmə, təhsilə daim qayğı göstərməliyik və elmin inkişafı üçün mövcud imkanlardan daha da çox istifadə etməliyik.

✔  XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir. Biz tarixi keçmişimiz haqqında söhbət açanda tarixin bütün mərhələlərində Azərbaycan xalqının görkəmli elm xadimləri haqqında qürur hissi ilə danışırıq və bu, xalqımızın nə qədər istedadlı olduğunu nümayiş etdirir. Biz bununla daim fəxr edirik.

✔  Azərbaycanda elm XX əsrdə çox sürətlə inkişaf etmişdir. XX əsrdə Azərbaycanda xalqın təhsillənməsi, yüksək təhsil ocaqlarının, institutların yaranması, xalqın təhsilə cəlb olunması, elmi tədqiqat institutlarının yaranması, elmi tədqiqat işlərinin təşkil olunması və bunların nəticəsində 50 il bundan öncə Azərbaycanda ilk dəfə Elmlər Akademiyasının yaranması - bunların hamısı XX əsrdə Azərbaycanda elmin sürətlə inkişafını nümayiş etdirən faktlardır.

✔ Biz dövlət müstəqilliyini əldə edərkən müstəqil dövlət kimi yaşamaq üçün, demək olar, hər şeyimiz var idi. O cümlədən böyük elmimiz var idi. Bizim bu böyük elmimiz Azərbaycanın istedadlı insanları, alimləri tərəfindən, elmi tədqiqat institutları, təşkilatları, Elmlər Akademiyası tərəfindən, sahə institutları tərəfindən yaranmış elmdir.

✔ Əgər biz iqtisadiyyatı elmi nöqteyi-nəzərdən inkişaf etdirmək, xüsusən Azərbaycanın iqtisadi potensialından, ölkəmizin təbii sərvətlərindən istifadə etmək üçün dünya iqtisadiyyatı ilə inteqrasiyaya gedirdiksə, demək, burada da baxmaq lazımdır ki, elmin bəzi sahələrini inkişaf etdirməkdən ötrü hansı elmi mərkəzlərlə, yaxud hansı böyük şirkətlərlə əlaqə qurmaq və onlardan müəyyən maliyyə vəsaiti əldə edib bu işləri aparmaq olar. Ona görə də sizin indiki iş planınız, elmi strategiyanız gələcəkdə o keçmiş işlərdən tamamilə fərqli olmalıdır.

✔ Məktəbə gedən gənc gərək Azərbaycanın tarixini bilsin, oxusun, öyrənsin. Amma o, köhnə dərsliklərdən bunu öyrənə bilməz. Dərsliyi də hərə öz istədiyi kimi yazmamalıdır. Gərək bizim xalqımızın tarixi yazılsın ki, onun əsasında da gənclər üçün, orta və ali təhsil məktəbləri üçün tarix dərslikləri yazılsın.

✔ Elmi tədqiqat işlərinin əlaqələndirilməsi ilə Elmlər Akademiyası məşğul olmalıdır. Dediyim sözləri bəlkə bir daha təkrar edəcəyəm, bunu deməyə məcburam ki, Azərbaycan Respublikasının, müstəqil Azərbaycan Elmlər Akademiyası Azərbaycanın ən yüksək müəssisəsi, elmi təşkilatıdır. Gərək siz də çalışasınız ki, buna layiq olasınız. Azərbaycan Elmlər Akademiyası dövlətin akademiyasıdır, prezidentin birbaşa himayəsi altındadır, tabeliyindədir və prezidentin qarşısında cavabdehdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir