XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜN AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
Büstün üzərindəki örtük alqış sədaları ilə götürülmüş, önünə gül dəstələri düzülmüşdür.
Texnikumun direktoru, professor Ağahüseyn Həsənov mərasimdə çıxış edərək, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında misilsiz xidmətlərindən danışmış, onun zəngin siyasi irsinin əhəmiyyətini vurğulamışdır.
Digər natiqlər də dahi rəhbərimiz Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində respublikamızın ilbəil inkişaf etdiyini, irimiqyaslı beynəlxalq layihələrin reallaşdığını, iqtisadiyyatımızın, elm və təhsilimizin, mədəniyyətimizin dünyaya uğurla inteqrasiya olunduğunu bildirmiş, ümummilli liderimizin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etmişlər.
Çıxış edən tələbələr də dahi rəhbərimizin nurlu ideyalarına daim sadiq qalacaqlarını söyləmişlər.
Tədbir iştirakçıları texnikumda ulu öndərimiz Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən fotoşəkillər və sənədlərlə də tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]