Azərbaycan Dövlət İnformasiya Agentliyi

XALQIN TALE GÜZGÜSÜ - AZƏRBAYCAN TEATRI

Bakı, 10 aprel (AZƏRTAC). Zamanın sınaqlarına, təpkilərinə sinə gərərək qərinələri adlayan milli teatrımız daim xalqın ağrı-acısı ilə bir sırada, bir yerdə olmuşdur. Azərbaycan səhnəsi, parçalanmış vətənin azadlığı uğrunda əsrlər boyu mübarizə aparan xalqın ümumiləşdirilmiş taleyinin bir növ güzgüsü olmuşdur. Elə bu səbəbdəndir ki, teatrlarımızın nümayiş etdirdiyi hər bir səhnə əsərində canlandırılan gülüş də göz yaşı qədər yandırıcı, düşündürücüdür. Başqa millətlərin teatrları bəlkə də əyləncə naminə yaradılıb, bizdə isə əksinə, kefli İsgəndərlərin kefinin də dərd ortağı olmuşdur. Qayəsi milləti mübariz və savadlı görmək, maarifləndirmək istəyindən doğan milli teatrımız sözün bəşəri gücündən yetərincə və yüksək səviyyədə istifadə etmişdir. M.F.Axundovun dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi ölməz sənət inciləri də, Mirzə Cəlilin milli oyanışımız naminə haray çəkən yazıları da, neçə-neçə ədibimizin min bir zillətə qatlaşaraq qələmə aldığı səhnə əsərləri də məhz sözün gücünə arxalanmışdır. Sənət xiridarlarımızın yaratdıqları bir-birindən maraqlı və bənzərsiz obrazlar daim yenilənən teatrımızın yoluna işıq saçmışdır. Sənətin qurban tələb etdiyini yaxşı bilən sənət fədailərimiz Azərbaycan teatrına böyük uğurlar qazandırmışlar…

Bu gün Azərbaycan teatrının yaranmasından 137 il ötür. Milli teatr tariximiz əsasını Mirzə Fətəli Axundovun 1873-cü ilin martında Bakıda səhnəyə qoyulan “Sərgüzəşti Vəziri Xani Lənkəran” tamaşasından götürür. Həsən bəy Zərdabinin təşəbbüsü, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin iştirakı ilə Realni məktəbin şagirdlərinin göstərdiyi ilk həvəskar tamaşa milli teatrın yaranmasının başlanğıcı olmuşdur. 1875-ci ildə Qubada, 1879-cu ildə Şəkidə, 1882-ci ildə isə Naxçıvanda teatr tamaşaları göstərilmişdir.

Xalqın milli oyun mədəniyyətinin yaşı isə bundan on dəfələrlə çoxdur. Açıq havada oynanılan mərasim tamaşaları, etno-mədəni oyunlar, dini-mistik xarakterli şəbeh tamaşaları kökü qədimlərə gedib çıxan meydan teatrına aiddir. Meydan teatrının bir başqa adı “Orta oyunu”dur. Meydan teatrında oyunçuları dövrələmiş tamaşaçılar oyuna qoşula bilir və tərəfə çevrilmədən (klassik peşəkar teatr modeli tamaşaçını tərəf kimi görür və üzbəüz əyləşdirirdi) tamaşaçı-oyunçu-tamaşaçı ünsiyyət aktına qoşulurdu. Bu da bütün XX yüz il boyunca rejissorların, teatr adamlarının axtardığı “tamaşaçı ilə üzvi əlaqə” idi.

Meydan teatrının bir qolu olan mərasim tamaşalarına “Qodu-Qodu” (əkinə ziyanlı leysan yağışlarının kəsilməsi üçün xalq inancı əsasında oynanılan mərasim-tamaşa), “Kəvsəc” (uzun çəkən və sərt keçən qışı qorxutmaq üçün keçirilən şənlik), “Güdül” (yağışı çağırmaq məqsədi ilə keçirilən mərasim) kimi oyun tamaşalar aiddir ki, bu ayin-tamaşalarda müxtəlif obrazlar canlanırdı. Bunların içində indiyə qədər oynanılan “Novruz” tamaşaları da xüsusi yer tutur. Yazı və qışı obrazlaşdıran Kosa və Keçəl xalqın sevimli qəhrəmanlarıdır.

Meydan teatrını janrlara görə ayırsaq, İslamdan çox öncə keçirilən yuğ mərasimləri (ölmüş igid xatırlanır, onun həyatından qəhrəmanlıq səhnələri oynanılır və ud çalıb ağı söylənilirdi), İslamdan sonra oynanılan şəbeh tamaşaları (Şəbehlərdə imam Hüseynin tərəfdarları ilə Yezidin adamları arasındakı mübarizə təsvir olunur, imamların qətli və şəhid olması təsvir olunurdu) faciə janrında oynanılan ilk tamaşalar idi. Məsxərələr, qaravəllilər və başqa komik oyunlarda isə maskalardan da istifadə olunurdu və bu tamaşaların bəlli xarakterli qəhrəmanları vardı. Onlar komediya janrında ilk tamaşalar idi.

Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar - “Kosa-gəlin”, “Tapdıq çoban”, “Tənbəl qardaş” və s. tamaşalar el arasında məşhur olmuşdur. Bu tamaşalarda, əsasən, kəndin təsərrüfat və məişəti əksini tapmışdır. Nikbinlik onların başlıca xüsusiyyətidir. Həmin tamaşalarda gülüş bəzən ciddiləşib acı kinayəyə, satiraya çevrilərək adamların əmək, məişət və psixologiyasındakı qüsurları qamçılayırdı.

Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır. Azərbaycan teatrı müəyyən ictimai-iqtisadi şərtlər daxilində mütərəqqi dünya teatr mədəniyyətinin təsiri, həyatın obyektiv qanunauyğunluğu zəminində yaranmış, zaman-zaman formalaşmış, üslub, forma və metod, eləcə də ideya etibarilə bir sənət ocağı kimi yetkinləşmişdir. Azərbaycan teatrı həm Avropanın mütərəqqi sənətindən, həm də Rusiyanın qabaqcıl teatrlarından bəhrələnsə də, əsasən Azərbaycanın obyektiv tarixi şəraitinə uyğun olaraq ictimai-siyasi və fəlsəfi fikrin inkişafı sayəsində yetişən maarifpərvər ziyalıların əqidəsi və fəaliyyəti ilə bağlı olmuşdur.

Qeyd etmək yerinə düşər ki, mütəşəkkillik və peşəkarlıq halına keçid dövründə Azərbaycan teatrı Avropada və Rusiyada təhsil almış yerli ziyalıların, maarifçilərin sayəsində Avropa teatr modelini qəbul etmiş və maarifçi missiyasında peşəkarlaşmışdır.

XX əsrin əvvəllərindən başlayaraq milli teatrımızın təkmilləşməsi, formalaşması istiqamətində ciddi addımlar atılmışdır. 1906-cı ildə Bakıda “Müsəlman dram artistləri”, 1910-cu ildə isə “Səfa” adlı yeni mədəni maarif cəmiyyəti və onun nəzdində teatr şöbəsi yaradılmışdır. “Səfa” cəmiyyətinin truppası tamaşa verməkdən başqa, mədəni-maarif işləri ilə də məşğul olmuşdur. 1910-cu ildə truppa C.Zeynalovun səhnə fəaliyyətinin 25 illiyini, 1911-ci ildə M.F.Axundovun anadan olmasının 100 illiyini, 1913-cü ildə isə N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini təntənə ilə qeyd etmişdir.

1908-ci ilin yanvarında Bakıda ilk Milli opera - Ü.Hacıbəylinin “Leyli və Məcnun” əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyulmuşdur. 1916-cı ildə C.Məmmədquluzadənin “Ölülər” komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir hadisə oldu. Tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı ittihamnamə kimi səslənərək böyük uğur qazandı.1917-ci ildə Bakıda “Müsəlmən artistləri ittifaqı” yaradıldı. Abbas Mirzə Şərifzadə ittifaqın sədri seçildi. İttifaq bütün teatr dəstələrini öz ətrafına toplayaraq, yoldaşlıq münasibətləri əsasında tamaşalar verirdi. Ancaq bu ittifaq 1918-ci ilin martınadək fəaliyyət göstərə bildi.

Mart hadisələrindən sonra İrana köçməyə məcbur olmuş mütərəqqi fikirli azərbaycanlı ziyalılar, o cümlədən Üzeyir və Zülfüqar Hacıbəylilər Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Bakıya qayıdaraq fəaliyyətə başlamışdılar.

Bakıda fəaliyyət göstərən Tağıyev teatrının binası Mart hadisələri zamanı düşmənlərimiz tərəfindən 3-cü dəfə yandırıldı. (Hacı Zeynalabdin Tağıyevin 1880-cı ildə Bakıda tikdirdiyi teatr binası 1899-cu ilin dekabrında xain ermənilər tərəfindən yandırılmışdı. Hacı xərc çəkib teatrı bərpa etdirmişdi. 1909-cu ilin fevralında isə Tağıyevin teatrı ikinci dəfə yandırılmışdı). H.Z.Tağıyevin teatrı Azərbaycan teatr truppasının möhkəmlənməsinə, müntəzəm tamaşalar göstərilməsinə imkan yaratmışdı.

1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti süqut etdikdən sonra Azərbaycan XKS-nin 1920-ci il 1 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət Teatrı yaradıldı. Burada Bakıda fəaliyyət göstərən bütün truppalar və həvəskar aktyorlar birləşdi. 1920-ci illərdə teatrın repertuarı formalist və vulqar-sosioloji axınlara qarşı kəskin mübarizə şəraitində yaradıldı. Teatrın qarşısında duran əsas problemlərdən biri tamaşaların ideya-bədii səviyyəsini yüksəltmək idi. Tərcümə pyesləri, eləcə də Azərbaycan dramaturqlarının əsərləri, xüsusən C.Cabbarlının pyesləri teatrın repertuarını zənginləşdirdi.

Azərbaycan teatrının keçdiyi şərəfli yol ölkəmiz müstəqillik qazandıqdan sonra daha da genişlənmiş və tərəqqi etmişdir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə isə Azərbaycan mədəniyyətinin bir parçası olan teatr sənəti dövlət səviyyəsində özünün layiqli dəyərini almışdır. Mənəvi zənginliyi xalqın böyük sərvəti sayan Heydər Əliyev teatrın inkişafını da diqqətdə saxlamışdır. Bu böyük insanın mədəni irsimizə münasibətinin dinamikasını teatr xadimlərinə, sənət adamlarına, aktyorlara, gənc istedadlara qayğısında da görmək olar. Prezident İlham Əliyevin həmin ənənəni davam etdirməsi bu sahənin inkişafına böyük töhfələr verməkdədir. Dövlət başçısının məqsədyönlü qərarları ilə teatr sənətinin tərəqqisi, yeniləşməsi, beynəlxalq teatr məkanında layiqli yer tutması kimi vacib məqamlar dövlətin hərtərəfli dəstəyini qazanıb. Prezident İlham Əliyevin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamı teatrların inkişafında əsl dönüş yaratmışdır. Azərbaycan teatrında canlanma yarandı, müasirləşmə dövrü başlandı. Sənət ocaqlarının əksəriyyətində əsaslı təmir başlandı, yenidənqurma işlərinə start verildi.

Bu gün nəinki paytaxt teatrları, habelə bölgələrdəki teatrlar da yeni inkişaf dövrünü yaşayır. Teatr xadimlərinə, aktyorlara, yaradıcı insanlara qayğı, istedadlı gənclərin üzə çıxarılması, onların bədii axtarışlarının dəstəklənməsi məqsədi ilə həyata keçirilən tədbirlər də dövlətin diqqətindədir. Dövlət başçısının göstərişi ilə teatr sənətinin inkişafını təmin edən 10 illik Dövlət Proqramı təsdiq olunmuşdur. Bu proqram çərçivəsində həyata keçirilən tədbirlər 137 yaşlı teatrımızı yeni zirvələrə doğru aparır. Biz yenidən teatr salonlarında canlanmanın şahidi oluruq.

Şərqin milli ruhundan qopan Azərbaycan teatrı bu gün Qərblə də yüksək sənət baxımından rəqabət aparmaq gücündədir. Bunu həm qiymətsiz səhnə əsərlərimiz, həm də istedadlı aktyorlarımızın yaradıcılıq imkanları sübut edir.

Abdulla Suvar

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib