“Xarı bülbül - Qarabağın sirli möcüzəsini tanıdaq” adlı yazı və rəsm müsabiqələri başa çatıb
Bakı, 14 dekabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin təşkil etdiyi “Xarı bülbül - Qarabağın sirli möcüzəsini tanıdaq!” adlı rəsm və yazı müsabiqələri başa çatıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Ağcabədi rayonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Mərkəzin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova bildirib ki, gənclərimiz Qarabağın sirli möcüzəsini tanımalı və gələcək nəsillərə də tanıtmalıdırlar. Müsabiqələrin onlayn platformalar vasitəsilə elan olunduğunu diqqətə çatdıran R.Qafarova gənclərin tədbirlərə böyük maraq göstərdiklərini də bildirib.
Daha sonra münsiflərin rəyləri əsasında həm rəsm, həm də yazı müsabiqəsinin qalibləri elan olunub. Rəsm müsabiqəsinin yekun nəticəsinə görə, Şakirə Səfərzadə, Fidan Allahverdiyeva, Aysu Məmmədzadə ilk üç yerdə qərarlaşıblar. Aysel Əmrahova, Şəbnəm İbadova, Tahirə İsmayılova isə yazı müsabiqəsində ilk üç yeri tutublar.
Qaliblərə diplom, kubok və hədiyyələr təqdim olunub. Bir neçə iştirakçı isə həvəsləndirici mükafatlara layiq görülüb.
Qeyd edək ki, “Xarı bülbül - Qarabağın sirli möcüzəsini tanıdaq!” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılır.