XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Ölkəmizin FAO ilə bir çox sahələri əhatə edəcək əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini bildirən nazir E.Məmmədyarov, respublikamızda qeyri-neft sektorunun inkişafına göstərilən diqqətdən danışmışdır. O, ölkəmizin kənd təsərrüfatı sahəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu və bunun üçün bütün imkanların mövcudluğunu vurğulamışdır.
A.Tabet fəaliyyəti dövründə Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində birgə layihələr həyata keçirmək niyyətində olduğunu bildirmişdir.
Nazir E.Məmmədyarov Azərbaycan hökumətinin gələcəkdə də Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ölkəmizdə fəaliyyətini dəstəkləyəcəyini və bu sahədə bütün məsələlərin həllində sıx əməkdaşlığa hazır olduğunu diqqətə çatdırmışdır.
Daha sonra E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızla bağlı ölkəmizin üzləşdiyi məsələlər barədə məlumat vermişdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
A.Tabet etimadnaməsini E.Məmmədyarova təqdim etmişdir.