XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Koreyalı nazir qarşılıqlı şəkildə diplomatik nümayəndəliklərin təsis olunduğunu, nazir Elmar Məmmədyarovun Seula səfərini məmnuniyyətlə xatırlamış, ölkələrimizin prezidentləri arasında aparılacaq danışıqların uğurla nəticələnəcəyinə və ikitərəfli əlaqələrin daha da fəallaşmasına zəmin yaradacağına əminliyini bildirmişdir.
E. Məmmədyarov Koreya Respublikası Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da genişlənməsinə təkan verəcəyini söyləmişdir.
Pan Gi Mun Azərbaycanın BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilməsi münasibətilə azərbaycanlı həmkarını təbrik etmiş, BMT strukturları daxilində fəaliyyətin əlaqələndirilməsinin zəruriliyini vurğulamışdır. O, enerji, nəqliyyat, tikinti, tibb, informasiya texnologiyaları və digər sahələrdə də ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etmiş və mövcud geniş potensialdan istifadə olunmasının vacibliyini xatırlatmışdır.
Görüşdə BMT daxilində islahatların keçirilməsi, təşkilatın strukturlarının təkmilləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.