XARİCİ İŞLƏR NAZİRLİYİNƏ İŞƏ QƏBULLA BAĞLI NÖVBƏTİ MÜSABİQƏ KEÇİRİLƏCƏKDİR
Xarici İşlər Nazirliyində diplomatik xidmət işinə qəbulla bağlı növbəti müsabiqə 2006-cı ilin birinci rübündə olacaqdır.
AZƏRTAC xəbər verir ki, xarici işlər nazirinin müavini Vaqif Sadıqovun sözlərinə görə, işə qəbulla bağlı yaxın vaxtlarda elan dərc olunacaqdır. İşə qəbul qaydalarında heç bir dəyişikliyin olmadığını qeyd edən nazir müavini “Diplomatik xidmət haqqında” və “Dövlət qulluğu haqqında” qanunlara əsasən, nazirliyin tarixində ikinci dəfə olaraq, diplomatik xidmət işinə qəbulun müsabiqə yolu ilə aparılacağını bildirmişdir.