İQTİSADİYYAT
Xarici ticarət iştirakçıları Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində olub
![](/files/galleryphoto/2023/1/1200x630/1677251905652392157_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16772519056207451846_1200x630.jpg)
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə son dövrlərdə gömrük sistemində həyata keçirilən yeniliklər, layihələr barədə ətraflı məlumat verilib. Həmçinin məmnunluq səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə gömrük orqanları tərəfindən xarici ticarət iştirakçıları, gömrük təmsilçiləri arasında keçirilən anonim sorğunun nəticələri də geniş müzakirə edilib.
Sahibkarların məlumatlandırılması, fikir və rəylərinin öyrənilməsi məqsədilə təşkil edilən görüşdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin məsul əməkdaşları tərəfindən xarici ticarət iştirakçılarını və gömrük təmsilçilərini maraqlandıran suallar ətraflı cavablandırılıb.