Xəlil Kələntər: Qarabağ Universitetində çalışmaq istəyərəm
Bakı, 10 sentyabr, Ceyhun Xəlilov, AZƏRTAC
Sabah biz Xankəndiyə, Qarabağ Universitetinə gedəcəyik, oradakı vəziyyətlə tanış olacağıq. Əgər şərait yaranarsa, çox istərdim ki, orada elmi fəaliyyətlə məşğul olum.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ikinci günündə elektronika mühəndisi, ixtiraçı, azərbaycanlı professor Xəlil Kələntər bildirib.
“Mən neçə ildir ki, Yaponiyada yaşayıram. Orada süni intellekt üzrə araşdırmalar aparıram, nanotexnologiyalar sahəsində çalışıram. İstərdim ki, Qarabağ Universitetində texnologiya sahəsi üzrə ixtisaslaşmalar yüksək səviyyədə olsun. Bu, Azərbaycan üçün çox vacibdir”, - deyə professor qeyd edib.
Xatırladaq ki, sentyabrın 9-dan başlanan Forumda dünyanın 23 ölkəsindən 80-dən çox azərbaycanlı alim iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
- 08.06.2026 [16:49]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:23]