XƏSTƏLƏR PULSUZ DƏRMANLARLA TƏMİN EDİLİRLƏR
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan Respublikası əhalisinin təminatlı tibbi yardımla təchiz edilməsi haqqında səhiyyə nazirinin əmrinə uyğun olaraq, Respublika klinik xəstəxanasında, Bakı şəhər təcili yardım xəstəxanasında, Bakı şəhər 1 nömrəli kilinik xəstəxanasında və Bakı şəhər 2 nömrəli uşaq klinik xəstəxanasında xəstələr dərmanlarla pulsuz təmin edilirlər. 60 adda preparatdan ibarət siyahıya müxtəlif təyinatlı dərmanlar, o cümlədən analgetiklər, ürək-damar xəstəliklərinin müalicəsi, təcili tibbi yardım göstərilməsi üçün dərmanlar daxildir.
Mətbuat xidmətindən onu da bildirmişlər ki, müalicə müəssisələrinin dərmanlarla pulsuz təmin olunması gələcəkdə digər tibb müəssisələrinə də aid ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]