Xəyyam Məmmədov: Əlimizdə olan mövcud resurslardan səmərəli və rasional şəkildə istifadə etməliyik VİDEO
Qax, 23 iyun, AZƏRTAC
Bizim əsas məqsədimiz, hədəfimiz, prioritetimiz ondan ibarətdir ki, aqrar sektoru, kənd təsərrüfatını dayanıqlı və davamlı model üzərindən quraq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin birinci müavini Xəyyam Məmmədov jurnalistlərə açıqlaması zamanı deyib.
“Əsas hədəfimiz və prioritetetimiz yalnız yeni su mənbələrinin, torpaq və əkin sahələrinin yaradılmasını özündə əks etdirmir, eyni zamanda, əlimizdə olan mövcud resurslarımızdan da səmərəli və rasional şəkildə istifadə etməliyik. Əminik ki, bu resurslardan səmərəli istifadə etsək kənd təsərrüfatında məhsuldarlığın səviyyəsini daha da artırmağa nail ola bilərik. Belə müşavirələrin keçirilməsi çox önəmlidir. Mən özüm artıq bir neçə müşavirədə iştirak etmişəm. Dövlət qurumu nümayəndələrinin, fermer və sahibkarların eyni vaxtda, eyni yerdə görüşməsinin yaxşı dialoq, müzakirələr yaranması baxımından böyük əhəmiyyəti var”, - deyə ADSEA rəsmisi vurğulayıb.
Müxbir – Mustafa Dadaşov