XƏZƏR GƏMİÇİLİYİNİN BAYRAM SOVQATI
AZƏRTAC xəbər verir ki, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin kollektivinin nümayəndələri Naftalan şəhərində müvəqqəti məskunlaşan məcburi köçkünlərə Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə 58 milyon manatlıq bayram sovqatı paylamışlar.
Bilgəhdəki Müharibə və Əmək Əlilləri Pansionatında da bayram süfrəsi açılmış və maraqlı konsert proqramı təşkil edilmişdir.