Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında yeni kitablar sərgilənib
Bakı, 15 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında uşaq ədəbiyyatından ibarət yeni kitabların sərgisi açılıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, sərginin təşkilində əsas məqsəd kitaba, mütaliəyə marağın daha da artırılması, eyni zamanda kitabxanaya daxil olan yeni uşaq ədəbiyyatı ilə oxucuları tanış etməkdir.
Qeyd edək ki, mütəmadi olaraq kitabxanaya gələn yeni ədəbiyyat nümunələri əsasında açılmış sərgilər oxuculara təqdim olunur. Uşaq ədəbiyyatı nümunələri olan bu kitablar həm də rəngarəngliyi ilə oxucuların diqqətini cəlb edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [17:44]
“Azərbaycan muğamı” layihəsi çərçivəsində növbəti konsert
- 13.05.2026 [17:06]
Xalq yazıçısı Elçinin məzarı ziyarət olunub
- 13.05.2026 [16:42]
Qırğızıstanın “Nariste” qrupu Bakı festivalında Qran-Pri qazanıb
- 13.05.2026 [16:36]
WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub
- 13.05.2026 [16:23]
Rəşad Əzizov: Bu il üç filmin yenidən rənglənməsi nəzərdə tutulur
- 13.05.2026 [16:17]
Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur
- 13.05.2026 [15:49]