Xəzər Universiteti BMT-nin proqramına dəvət alıb
Bakı, 21 may, AZƏRTAC
Xəzər Universiteti “Times Higher Education” təşkilatı tərəfindən BMT-nin Ətraf Mühit Proqramı tərəfindən dəstəklənən “Race to Zero” (sıfır karbon) proqramına dəvət edilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki,“Times Higher Education” təşkilatı Xəzər Universitetinin iqlim dəyişikliyi, onun təsiri və nəticələri ilə mübarizə üzrə araşdırmalara verdiyi töhfəyə görə bu ali məktəbin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya təşəkkür məktubu ünvanlayıb. Məktubda Xəzər Universitetinin “Times Higher Education Impact Rankings 2021” reytinq cədvəlində Dayanıqlı İnkişaf Məqsədinin 13-cü müddəası üzrə - iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində dünyanın ən yaxşı 566 universiteti arasında yer aldığı bir daha vurğulanıb.